Əsgərlik dövründə təzəcə yer dəyişdirmiş, axşamçağı Beyləqanda Haramı düzündə başqa bir hərbi hissəyə gəlib çatmışdıq. Səhəri günü ucsuz-bucaqsız, dərəli-təpəli Haramı düzünün hansısa yaxın bir yerindən eşşəklərin anqırma səsləri gəlirdi. Qəribə hislər keçirmiş, çaş-baş qalmışdım. Hələ bu səs-küyün haradan gəldiyini bilmirdim. Təpənin arxasına keçəndə gördüm ki, bu səslər, sən demə hərəsi bir dirəyə bağlanmış və yemək “katyolları”nın yüklənməsini gözləyən bu eşşəklərdən gəlirmiş. Həm bu qədər eşşəyi, həm də bu qədər eşşək anqırmasını ilk dəfə idi ki, eyni anda görür və eşidirdim. Bu eşşəklərdən dağlı-dərəli yollarda, maşınların o vaxt üçün gedib çata bilmədiyi postlara, bölüklərə yemək “katyolları”nın daşınmasında istifadə olunurdu.
Vaxt ötdükcə eşşəklərin Haramı düzünün və buradakı əsgərlik həyatının bir parçası olduğunu öyrənmiş olacaqdım. Yemək naryadında olan əsgərlərin əl-ayağının bu eşşəklər olduğunu rahatlıqla söyləmək olardı. Naryadın heç xoşlamadığı şey, axşam bağladığı eşşəyi səhəri günü yerində tapmaması idi. Bu zaman naryaddakı əsgər, eşşək hara gedib çıxıbsa, bəzən kilometrlərcə dağlı-dərəli, yağış yağanda da palçıqlı yollarla eşşəyin dalınca düşüb onu tapmalı, sonra da həmin eşşəklə yola düzələrək yemək gətirməyə getməli və yeməyi vaxtında ünvana çatdırmalı idi. Eşşək tapılmasa, gərək “katyolları” əsgərlər özləri gətirəydilər.
Eşşəklə bağlı bir xatirəmi də danışıb əsas mövzuya keçmək istəyirəm… Bəzən məcazi mənada, bəzən də kiməsə ümid aşılamaq üçün eşşəkdən kinayə olaraq: “Ölmə, eşşəyim, ölmə” ifadəsini işlədirlər. Bu ifadənin davamı da hər halda belədir: “Yaz gələr yonca bitər. Sən də yeyib kökələrsən”.
Əslində bu ifadənin ətə-sümüyə bürünmüş formasını, bu ifadənin kinayəsiz formada və həqiqi mənası ilə də doğrunu əks etdirdiyinə mən Haramı düzündə şahid olmuşdum. Belə ki, qış günlərində yaşıl ot tapa bilməyən, yemi az olan eşşəklər zəifləyir, taqətdən düşürdülər. O ki yaz ayları gəlir və yaşıllıqlar artmağa başlayır, bu dinməz-söyləməz, ancaq anqırmağa başlayanda da səsi aləmi bürüyən bu heyvanlar yavaş-yavaş canlanmağa başlayır, daha çevik və diribaş olurdular.
İndi isə gələk mətləbə… Bu yazıda bir Quran ayəsində keçən eşşəyin səsinin çirkin və ya pis olması ilə bağlı məsələyə toxunmaq istəyirəm. Bu heyvan dünyanın əksər coğrafiyalarında əsrlər boyu insanların həyatında, xüsusilə dağlı-dərəli relyefə sahib ərazilərdə yüklərin daşınmasında istifadə edilir. Dolayısı ilə eşşəyin səsi çox da mücərrəd olmayan və hər bir insanın bildiyi, tanıdığı bir səs idi. Hörümçəyin torundan, qarışqadan, arıdan, ağcaqanaddan və s. canlılardan bizim üçün misallar verən Cənab Allah (c.c) bəhs edəcəyimiz ayədə də eşşəyin səsini misal gətirmiş, bizə buradan xüsusilə danışıq ədəbi ilə bağlı dərslər verib.
Quran ayələrində Həzrət Loğmanın (ə.s) dilindən oğluna etdiyi nəsihətdə belə deyilir: “…Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz. Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini eşşəyin səsidir” (Loğman, 31/17-19).
Bu ayədə Cənab Allah (c.c) bir sıra məqamlarla yanaşı Həzrət Loğmanın (ə.s) dilindən eşşəyin səsinin pis və çirkin olduğunu bizə xəbər verir. Görəsən, Cənab Allah (c.c) bu səs üzərindən biz insanlara hansı mesajları verir? Nə üçün seçilən misal bir eşşək, daha doğrusu bir eşşəyin səsidir? Əlbəttə burada söhbət bir heyvanın səsinin öz-özlüyündə çirkin olmasından getmir. Burada bəzi mətləblərin anlaşılması üçün sadəcə bir məcaz və metaforadan istifadə edilib.
İnsanlar yeriməkdə, danışmaqda, səs çıxarmaqda heyvanlarla ortaq xüsusiyyətə sahibdir. Ancaq insanı yetkin və üstün edən, heyvanlardan fərqli davranmasıdır. Təkəbbürlənmədən, insanlardan üzünü çevirmədən və yer üzündə lovğalanmadan gəzmək, həmçinin danışarkən də insana xas bir səs tonu ilə danışmaq əxlaqi bir davranış və ədəb-ərkan qaydalarındandır. Ayədə eşşəyi aşağılamaqdan söhbət getmir. Eşşəyi yaradan və ona bu səsi verən Cənab Allahdır (c.c).
Əgər bir şey öz məqsədinə uyğundursa, o, hikmətli və gözəldir. Məqsədindən uzaqlaşarsa, çirkinləşər. Eşşəyin boyu qısa olduğu üçün bəzən balaca bir təpənin arxasından görünmür və sahibi də onu tapa bilmir. Onun yüksək səsi harada olduğunu xəbər verir. Bu baxımdan eşşəyin səsi öz məqsədinə uyğun gəldiyi üçün gözəldir. Amma insanlar onun kimi səslərini ucaltsalar, məqsədsiz hərəkət etmiş olurlar və bu səs çirkin olar. Deməli, eşşək insan səsi kimi alçaq səslə öz səsini çıxarsa, bu zaman onun səsi pis və çirkin olacaq. Həmçinin insan da eşşək səsi kimi səsini qaldırsa, bu zaman da insanın səsi məqsədini aşdığı üçün çirkinləşəcəkdir.
Quran ayələri insanların sosial həyatına istiqamət verməklə yanaşı insanların yüksək səs tonuyla danışmamalarını da tövsiyə edir. Çünki danışarkən səsimizin yüksək çıxması öz-özlüyündə haqlı olduğumuz mənasına gəlmir. Başqa birinin də danışarkən səsinin çox az çıxması, onun da haqsız olduğuna dəlalət eləməz. Əks halda haqlı olsa da səsi az gələn haqsız, haqsız olan da səsi daha çox çıxdığı üçün haqlı hesab edilə bilərdi. Əsas yüksək olan haqqın özüdür. Qurani-Kərim bizdən səsimizin deyil, sözümüzün yüksək və keyfiyyətli olmasını istəyir. Sadəcə səsin gur və yüksək çıxması üstünlük və bir məziyyət hesab edilsəydi, eşşəyin səsindən daha üstün və məziyyətli səs olmazdı: “Şübhəsiz, səslərin ən çirkini eşşəyin səsidir” (Loğman, 31/19).
Qurandakı bu ifadə insanlara verilən bir ədəb dərsidir. Burada insanlar heyvanlar kimi qışqırmasın, səs-küylü mühit yaratmasın deyə bir müqayisə aparılır. Ayədə eşşək səsinin eybəcərliyindən daha çox bu və bunun kimi səslərin insanları narahat edən yönünə işarə edilir. İnsanları narahat edəcək dərəcədə yüksək səslə danışmaq qınandığı kimi musiqi alətlərinin, radio və televiziyanın səslərini başqalarını narahat edəcək səviyyəyə qaldırmağı da eyni dərəcədə qınanan əməllərə daxil etmək olar. Həmçinin ictimai nəqliyyatda, xüsusən uzun yollarda avtobus, qatar, təyyarə və s. kimi vasitələrdə qulaqlıq taxsa da səsi bütün salona yayılan tiplərin bu əməlləri də uca səslə danışaraq insanları narahat etməklə heç bir fərqi yoxdur.
Bəzi insanların ucadan danışması onların insanlara qarşı hörmətsizliyini göstərir. Bu tip insanlar ucadan danışmağı bir bacarıq hesab edə, səslərini həddən artıq ucaltmaqla digərlərinə qarşı üstünlük qazanmağa çalışa bilərlər. Quranda bu əməlin çirkinliyinə işarə edilmiş və eşşəyin səsi misal göstərilmişdir. Əgər səsin yüksək çıxması öz-özlüyündə insanı üstün etsəydi, eşşək bizdən üstün olardı. Çünki onun səsi (anqırması) həmişə bizim səsimizi üstələyir.
Bir gün Mövlana mədrəsəsində tələbələrə dərs keçərkən soruşur: “Cənab Allah (c.c) Quranında “ən çirkin səs eşşəyin səsidir” buyurur. Bütün bu heyvanlar arasında eşşəyi seçməyinin hikməti nədir?”
Tələbələri bu məsələyə onun aydınlıq gətirməsini xahiş edirlər. Bu zaman Mövlana belə deyir: “Hər heyvanın öz zikri var. Misal üçün dəvənin böyürməsi, aslanın nərə çəkməsi, milçəklərin vızıltısı, arıların uğultusu onların zikridir. İnsanların təsbih və zikrləri olduğu kimi, səmadakı mələklərin də zikrləri vardır. Halbuki biçarə eşşək cəmi iki dəfə anqırır. Biri cinsi yaxınlıq istəyəndə digəri ac qalanda. Deməli, eşşək nəfsinin və boğazının əsiridir. Qəlbində Allah (c.c) adına bir niyyət, qayə və hədəfi olmayan, yalnız qarnını və şəhvətini düşünən insanın səsi Allah (c.c) yanında eşşəyin səsi kimidir”.
Qeyd: Quranda misal çəkilən digər həşərat və heyvanlar və burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:
1- Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?
2- Quranda milçəyin misal çəkilməsinin səbəbi nədir?
3- Nə üçün dişi hörümçəyin evi?
4- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
5- “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”
6- Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?