Gəlin mənimlə illər əvvələ gedək. Sizə oradakı bir kitabdan söhbət açmaq, bu yazıdakı əsas mətləbi də elə bu kitab üzərindən sizinlə bölüşmək istəyirəm…
Orta məktəb dövrləri, təxminən 1999-2000-ci illər idi. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə üz qapağı sarı rəngli olan "Xatəmül-Ənbiya Həzrəti Məhəmməd və həyatı" kitabı tərcümə olunmuşdu. Səhv etmirəmsə, bu kitabı rayonda bir kitabçıdan satın almış Quran kursu müəllimimiz də bizə sonralar bu kitabdan hədiyyə etmişdi. Deyə bilərəm ki, Allah Rəsulunun (s.ə.s.) həyatını ilk dəfə geniş şəkildə bu kitabdan oxumuşdum.
Kitabın müəllifi Allah Rəsulunun (s.ə.s.) həyatından bəhs edərkən mənə və ya ümum oxucuya nə qədər aynadarlıq edə bilmişdi, ya da mən o vaxt nə qədərini anlaya bilmişdim, bu sual olaraq qala bilər. Ancaq onu bilirəm ki, nisbətən geniş həcmdə Peyğəmbərimizin (s.ə.s.) həyatı ilə ilk tanışlıq məhz bu kitabla başladı.
Həmin vaxtlarda gündəlik həyatda, yaxud televiziya ekranlarında siyər tarixi ilə bağlı yaşca böyük yekə-yekə adamlar nəsə yanlış söz deyəndə mən də öz-özümə deyirdim ki, kaş sarı rəngli “Xatəmul-Ənbiya” kitabını oxuyaydılar. Bu qənaətə ona görə gəlirdim ki, burada Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s.) uşaqlıq dövründən, peyğəmbərliyindən, vəfatına qədər olan bütün həyatından söhbət açılır, İslam tarixi ilə bağlı heç olmasa ən primitiv, hətta bir az da geniş bilgilər verilirdi.
Hətta elə bir dövr keçdi ki, nə zaman siyər tarixi ilə bağlı başqa bir kitab oxusam, orada olan və ya olmayan hadisələrin müqayisəsini məhz bu birinci kitaba qayıdaraq aparırdım. Sanki heç fərqində olmadan bir dönəm siyər tarixində bu kitab mənim üçün bir məhəng daşı rolunu oynadı.
Bəzən bu sualı öz-özümə verirdim: “Sarı rəngli “Xatəmül-Ənbiya” kitabını o gün bizə Quran müəllimimiz hədiyyə etməsəydi, yaxud satın alıb oxumasaydım, nə baş verərdi?” Xəyali mülahizələr qurmaq istəmirəm. Bəlkə də heç nə olmazdı. Sonralar başqa siyər kitabları əldə edər və yenə Həzrət Peyğəmbərimizin (s.ə.s.) həyatını öyrənə bilərdim. Ancaq bu zaman ağılıma başqa sual da gəlir: “Bəlkə elə bu ilk kitab, ilk təəssürat və ilk tanışlıq məni sonraları digər siyər kitablarını da oxumağa sövq elədi?” Əgər bu sonuncu mülahizə daha doğru isə, deməli ilk tanışlığın, ilk təəssüratın əhəmiyyəti böyükdür.
Əvvəldən dediyim kimi, bu yazını bir kitab təqdimatı, ya da avtobioqrafik bilgi olaraq deyil, bir məramı anlatmaq üçün qələmə alıram. Gəlin o mərama, əsas mətləbə yavaş-yavaş keçid edək.
Sözünü etdiyim həmin "Xatəmül-Ənbiya" kitabını burada bir "dəyər" olaraq anlaya bilərsiniz. Yəni, bu dəyər faydalı məzmun ehtiva edən, oxucuda müsbət bir iz, müsbət təsir buraxacaq hər hansı bir kitab, jurnal və ya dərgi ola bilər. O kitabı illər əvvəl oxuyub müsbət təsirlər alan bəndənizi də keçmişin deyil, məhz bu günün və ya gələcəyin hər hansı bir oxucusu, yeniyetməsi olaraq da başa düşə bilərsiniz.
Bir kitabı qələmə almaq, o kitabın satışı və paylanmasını təşkil etmək və bütün bu proseslərin məcmusunu məchula səpilmiş toxuma, məchula doğru atılmış bir oxa bənzədə bilərik. O məchula ki, hara gedəcəyi, hara düşəcəyi və necə təsir meydana gətirəcəyi bəri başdan tam bəlli deyil. O məchul ki, orada illər əvvəl həm başqaları, həm siz, həmçinin mən də vardım. Nə kitabı yazan, nə kitabı satan, nə də bu prosesdə iştirak edən heç kim bir-birini tanımırdı.
Bir kitabın, bir dərgi sayının, hətta o dərgidəki bir səhifəlik yazının belə həyat qurtardığına, insanlara yeni bir ruh, yeni bir baxış bucağı və həyata tutunma vəsiləsi olduğuna dair yaşanmış neçə-neçə misallar var. Belə olan halda yenə o həyata tutunma hekayələri ilə, faydalı məzmunlarla, bir insanı qurtaran bütün insanlığı qurtaran kimidir məntiqi ilə yola davam etmək gərəkməzmi?
Düzdür, kitab, jurnal və oxucu arasında günümüzdə, müasir dövrümüzdə sosial media baryeri, telefon əngəli var. Telefonların içində, sosial media platformlarında o qədər baş qatacaq materiallar var ki, insanlar bunlarla məşğul olmağı özləri üçün kifayət hesab edirlər. "TikTok"da ardı-arxası kəsilməyən 5-10 saniyəlik videolara özünü qapdıraraq bir saat boyunca baxan insan fərqində olmadan bəlkə də 3-4 saat kitab oxuyacaq enerjisini burada sərf etmiş olur. Sizcə, çox fərqli mövzularda yüzlərcə 5-10 saniyəlik videolar izləyən insan nə isə əldə etmiş olur, yoxsa tək məzmunlu, fikrin bitmiş halını özündə ehtiva edən bir kitabı, yaxud jurnalın bir sayını başdan sona oxuyan insan?
Sözün bu yerində yazını ikicə sualla bitirmək istəyirəm. Sarı rəngli “Xatəmül-Ənbiya” kitabının yerinə bu gün siz hansı kitab və ya jurnalı qoya bilərsiniz? O kitab və ya jurnal ki, biz onu əlimizlə məchula doğru, bilmədiyimiz, tanımadığımız bir oxucuya gedib çatmasına səbəb və vəsilə oluruq. Həmçinin illər əvvəl ilk dəfə "Xatəmul-Ənbiya" kitabını oxuyan bəndənizin yerinə bu gün siz kimləri qoya bilərsiniz?