Bu günlərdə qarşıma İctimai Televiziyada yayımlanan bir verilişdə danışan yazıçı Aqşin Yeniseyin 9-10 dəqiqəlik açıqlamaları çıxdı. Söhbət süni mayalanmadan gedirdi. Həmin verilişin tam halına "Youtube" patformasından da baxmaq olar. Bu yazını Aqşin Yeniseyin həmin verilişdəki bəzi açıqlamalarına bir ilahiyyatçı şərhi olaraq oxuya bilərsiniz.
Sözün əvvəlində yazıçı mövzu ilə bağlı daha çox əxlaqi məsələlərə toxunacağını bildirdi və bunları qeyd elədi:
“Mən bir ədəbiyyat adamı kimi bunun (süni mayalanmanın) tibbi və hüquqi tərəfləri haqqında danışmaq istəmirəm. Çünki yanlışlığa yol verərəm”.
Yazıçı həqiqətən də sözündə durdu və mövzunun tibbi və hüquqi tərəflərinə girmədi. Sonda deyəcəyimi bəri başdan deyib əsas mətləbə keçmək istəyirəm... Kaş, yazıçı Aqşin Yenisey hansısa mövzunun tibbi və hüquqi tərəflərinə girməyərək prinsipiallığını qoruduğu kimi dini məsələlərə girməməkdə də prinsipiallığını qoruya bilsə. Girsə belə, heç olmasa bilərək və ya bilməyərək yanlışlığa yol verməsə...
Açığı yazıçının sonsuzluq və süni mayalanma ilə bağlı çıxışındakı bu yanaşması mənə də maraqlı gəldi:
“Tanrı İbrahim peyğəmbəri sonsuzluqla imtahan eləyir. Hammurapi dövrünün qanunlarında belə bir maddə var idi, əgər qadın doğa bilmirdisə, ərinə bir cariyə, kəniz və ya kölə tapırdı. Və əri o kölədən övlad sahibi olurdu. İbrahim peyğəmbərin xanımı Sara da uşağı olmadığına görə, öz kənizi və ya köləsini İbrahim peyğəmbərə verir və dünyaya İsmayıl gəlir. İsmayıl da İslam dininin, (ərəblər onu öz babaları hesab eləyirlər) əcdadlarından biridir. Yəni bizim dinin öz kökündəki insan bu şəkildə dünyaya gəlib”.
Həqiqətən də İslam mənbələrində görürük ki, Həzrət İsmayılın (ə.s.) anası Hacər Həzrət İbrahimin digər xanımı Saranın köləsi və ya kənizi olub. Cənab Allah (c.c.) daha sonraları Saraya da övlad nəsib edib, onun da İshaq (ə.s.) adında övladı dünyaya gəlib. Ancaq bu hissədə “Hammurapi dövrünün qanunları” məsələsi diqqətmi çəkdi. Bəli, Həzrət İbrahim peyğəmbərlə (ə.s.) Babil hökmdarı Hammurapinin eyni dövrdə yaşadıqları ilə bağlı rəvayətlər var. Bu mənada Həzrət İbrahimin (ə.s.) evliliklə bağlı qərarlarında dövrünün adətlərinin, yazılmış və ya yazılmamış qanunlarının burada rol oynadığını demək olar. Hətta bu belə olmaya da bilər. Ancaq unutmamalıyıq ki, hər bir Peyğəmbər (ə.s.) ona verilən ilahi buyruqlara tərs gəlməyən məsələlərdə dövrünün adət və ənənələrinə görə də hərəkət etmişdir. Məhəmməd Peyğəmbərimizin (s.ə.s.) də Məkkə illərində İslamdan kənar insanlar tərəfindən hazırlanmış “Hilful-fudul” müqaviləsinə qoşulduğunu bilirik. Bu kimi məqamlar peyğəmbərliyə xələl gətirmədiyi kimi bu və ya digər peyğəmbərin insanlara təqdim etdiyi şəriəti, ilahi qanunları məhz içində olduğu mədəniyyətdən əxz edib aldığı mənasına da gəlmir. Belə olsa, o insan peyğəmbər olmaz, sadəcə qövmünün sayılıb seçilən lideri olardı.
Yazının bu hissəsinə qədər hər hansı elə də problem yoxdur. Bəli, dinləmə mədəniyyəti olaraq bir tərəf danışarkən digərləri susa bilər. Haqqında danışdığım verilişdə də yazıçı Aqşin Yenisey danışarkən hamı dinləyirdi. Ancaq cavab haqqı doğacaq yerdə sona qədər susmağın təsdiq mənasına gəldiyini də unutmamalıyıq.
Aşağıda yazı halına gətirdiyim ifadələr din haqqında, yaxud dinlər tarixi barədə bir verilişdən deyil. Orada söhbət süni mayalanmadan gedirdi və cavab da bu istiqamətdə idi. Zənnimcə yazıçı Aqşin Yenisey o ifadələri sanki orada haşiyəyə çıxaraq (nəyəsə görə) konteksdən kənar söylədi. Bunu ona görə deyirəm ki, mən də oxucunu hansısa fərqli istiqamətə yönəltmiş olmayım. Həmin ifadələr belədir: “...Hammurapi qanunları sonradan bizim şəriət qanunlarımıza çevrildi. Çünki İbrani dinlər yarananda yeganə yazılı mənbə Hammurapi qanunları idi. Onlar ona istinad elədilər. Sadəcə köçərilər idi deyə, yazıb oxumağa bacarmırdılar deyə, bu qanunları ilahiləşdirdilər. Çünki onu hökmdarın qanunu kimi desəydilər yazıb oxuya bilməyən köçərilər onu başa düşməyəcəkdi və qəbul eləməyəcəkdilər. Məcbur ağıllı peyğəmər, ağıllı insanlar, onlar öz dövrlərinin intellektualları idi. Onlar onu ilahiləşdirdilər ki, kütlə bunu qəbul eləsin”.
Bu ifadələr qarşısında öz-özümə soruşdum: “Həqiqətən də Hammurapi qanunları sonradan İslam, yaxud səmavi dinlərin qanunları olub?"
Nə bilim, kaş elə hamımız prinsipiallığımızı qorusaq. Bu sadəcə tibb və hüquq sahələrinə aid deyil. Məhz elə ən çox din sahəsinə də aiddir. Kaş elə din sahəsindən ilahiyyatçılar, tibbdən həkimlər, hüquqdan da hüquqşünaslar danışsa. Ya da fərqli sahələrə keçiriksə, heç olmasa ehtiyatla addım atsaq, baxçanı, gülü xarab etməsək...
Quranı anlama metodologiyası var. Quranın tarixə, daha əvvəlki mədəniyyətlərə baxış bucağı var. Biz bu konteksdə məsələlərə baxdığımız zaman Qurana görə həll yolları tapmış oluruq. Əks halda, Quranın baxış bucağından çıxdıqdan sonra hadisələri Qurana görə təhlil etmək şansını da itirmiş oluruq.
Kiminsə: “Mənə görə, İbrani dinlər (Yəhudilik, Xristianlıq və İslam) təməlini Hammurapi qanunlarından almışdır” deməyə haqqı var. Bu onun öz işidir. Burada problem yoxdur. Çünki “mənə görə”, yaxud “hansısa dinlər tarixçisinə görə” ifadəsi elə olmaya da bilər mənasını da ehtiva edir. Ancaq ümumi hökm bildirən tərzdə söylənməsi doğru deyil. Yəni, həqiqətən belədirmi? Hammurapi qanunlarının İslamın, yaxud digər səmavi dinlərin təməlini təşkil etdiyini söyləyən kimlər var? Bu nə qədər elmi bir ifadədir?
Belə bir ifadə var ki: “İslam təcəzzi qəbul etməz”, yəni dinin buyuruqları parça-parça və ayrı-ayrılıqda qəbul edilmir. Tam halda qəbul edilir. Əks halda mən Peyğəmbəri (s.ə.s.) qəbul edirəm, ancaq Ona Allah (c.c.) tərəfindən vəhy gəlməsini qəbul etmirəm deyilsə, bu dində təcəzzi etmək deməkdir. Bu İslamda qəbul edilmir. Peyğəmbər (s.ə.s.) onsuz da Cənab Allahdan (c.c.) vəhy aldığı üçün peyğəmbərdir. Bütün vəhy məhsulu dini gətirib Hammurapi qanunlarına bağlayanda ortada səmavilik deyə bir şey qalarmı?
Bəzən insanlar Həzrət Məhəmməd Peyğəmbərimizlə (s.ə.s.) bağlı bir yanlışa düşürlər. Araşdırmaçılar, alimlər bir insanın gəlib çatdığı, sahib olduğu ən üstün məziyyətləri Həzrət Peyğəmbərimizdə (s.ə.s.) görürlər. Bunu həqiqətən də araşdırmaları nəticəsində görürlər. İdeal ailə rəhbəri, ideal dövlət başçısı, ən ideal lider, ən gözəl tərbiyəçi, pedaqoqların piri və s. başqa-başqa adlarla Peyğəmbərdən (s.ə.s.) danışırlar. Onun (s.ə.s.) ağlı, zəkası və fətanətinə heyran qalırlar. İnsana xas bütün üstün məziyyətlərin həqiqətən də Həzrət Peyğəmbərimizdə (s.ə.s.) cəmləndiyini qəbul edirlər. Ancaq burada ən böyük səhvi də edirlər. Səhv nədən ibarətdir? Bütün bu üstünlükləri qəbul etdikləri halda Həzrət Məhəmmədin (s.ə.s.) ən ümdə, ən birinci xüsusiyyətini, Allahın Elçisi, Allahın Peyğəmbəri, Allahın Rəsulu olma xüsusiyyətini onun əlindən “almağa çalışırlar”. Məgər O (s.ə.s.) hər şeyi özündən əvvəlki Hammurapi qanunlarından alıbmış, ya da məgərsə O (s.ə.s.) şair, məcnun və ya sehrbaz imiş.
Bu məqamı məhz Quran bizə xəbər verir. Sehrbazlıqla ittiham edilməyən hardasa heç bir peyğəmbər qalmayıb. İnsanlar vəhyi, Allahın (c.c.) bir mələk vasitəsilə insanla danışması, onun (ə.s.) qəlbinə ilahi buyruqları vəhy etdiyini anlaya bilmirlər. Buna görə də Peyğəmbərləri (ə.s.) özlərinin anlaya bildiyi səviyyəyə endirməyə çalışırlar. Firon Həzrət Musa (ə.s.) ilə Allah (c.c.) arasındakı əlaqəni, vəhyi “qopararaq” onu sehrbazlara tay tutmaq üçün çox çalışdı. Ancaq alınmadı. Elə sehrbazlar çox keçmədən gəlib Həzrət Musaya (ə.s.) iman etdilər.
Sözün özü, elə İslam da daxil olmaqla səmavi dinlərin təməlini aparıb Hammurapi qanunlarına bağlamaq elmilikdən, insafdan uzaq, qeyri ciddi və çox səthi bir yanaşmadan ibarətdir. Gəlin düşünək... Əgər Nuh tufanı həm Quranda, həm İncil və Tövratda, həmçinin digər mədəniyyət nümunələrində bu və ya digər formada keçirsə, bu həmin hadisənin sadəcə olaraq ən birinci mənbədən kopyalandığı mənasını daşımır. Əksinə o hadisənin bir fakt olduğunu göstərir. Həmçinin Quran bu kimi hadisələri sadəcə (haşa) bir “kopya” olaraq vermir, hadisə ilə bağlı insanların unutduğu, təhrifə məruz qaldığı yerləri əsl mahiyyəti ilə bizə çatdırır.