Sosial şəbəkələrdə Tərtərdən bir qrup şəhid ailəsi və qazinin və onlar üçün mənzil tikən "Şəms" şirkəti nümayəndələrinin ölkə rəhbərliyinə müraciəti yayılıb. Fəryad dolu bu müraciətlərdə Əmək və Əhalinin Sosial Müadafiəsi nazirliyinin İsmayıl adlı nümayəndəsinin və Tərtər rayon İcra Hakimiyyəti başçısının adı çəkilir. Şikayətçilər nazirliyin nümayəndəsi İsmayılın və onun arvadının onların haqqını mənimsədiklərini, İcra Hakimiyyəti başçısının isə şəhid ailələrinə, qazilərə qarşı laqeyd münasibət göstərdiyini söyləyirlər. Açıq rəqəmlər ifadə olunur, deyirlər ki, nazirlik bir evin tikintisinə 94 min manat ayırsa da İsmayıl 2 otaqlı evlər üçün 30, 3 otaqlı evlər üçünsə 33 min manat verməyi nəzərdə tutub, bu məbləğin də bir hissəsini inşaat materialı göndərdim adı ilə kəsir. İşi görən "Şəms" şirkəti nümayəndələri borc içində batdıqlarını, sadəcə material verən şirkətlərə 240 min manat, işlətdikləri ustalara, fəhlələrə külli miqdarda borclu olduqlarını söyləyirlər. Nazirlik nümayəndəsi İsmayılın arvadının 300 min manatlıq maşında gəzdiyini deyən şəhid ailəsi bankdan 17 min manat pul götürdüyünü, indi nə borcunu qaytara, nə də evini ala bildiyini söyləyir.
Tərtər döyüş bölgəsidir və Vətən Müharibəsi zamanı düşmənlərin ən çox atəşə tutduğu yaşayış məntəqəmizdir. Tərtərlilərin igidliyi bütün Azərbaycana məlumdur. Hələ müharibənin tam qurtarmadığı, düşmənlərimizin sərhəd və yaşayış məntəqələrimizə atəş açdığı, ermənilərin imzalanmış sənədin həyata keçirilməsinə əngəllər törətdiyi, Zəngəzur dəhlizinin hələ də açılmadığı, Qarabağdakı rus ordusu ilə gələcək münasibətlərimizin tam aydın olmadığı günümüzdə Tərtər kimi həssas bir yerdə şəhid ailələrinə, qazilərə göstərilən bu münasibət vətənə xəyanətdir, cinayətdir. Onsuz da "Tərtər hadisələri" adı ilə gündəmdən düşməyən, heç bir cinayəti olmayan hərbçilərimizin başına gətirilən ağır işgəncələr, çoxsaylı qətllər bu rayonda çox şeyin öz yerində olmadığını göstərir. Ortada böyük və kütləvi cinayətlər var, amma hələ də cinayətkarın kimliyi açıqlanmır. Təbii ki, bu boyda cinayət üstü örtüləcək bir şey deyil, onlarla hərbçimizin qanını kimsə batıra bilməz, bu gün-sabah açılacaq, qatillər də layiq olduqları cəzanı alacaqlar. Bu məsələ çox ağır mövzu olduğundan və geniş istintaq işi tələb etdiyindən onu hələlik bir kənara qoyuruq. Söhbət şahid ailələrinin, qazilərin haqqının yeyilməsindən gedir. Camaatın balası gedib canından keçir, sağlığını qurban verib yarımcan halda evinə dönür, burada da birisi, ya da biriləri onların haqqını yeyir, başlarına olmazın müsibətlər gətirir. Bundan sonra gəl bu millətə vətənpərvərlik mövzusunda mühazirələr oxu görüm, kim inanacaq. Şəhid ailəsinin, müharibə əlilinin haqqını yeyən, onları incidən kim olur-olsun, düşməndir, alçaqdır, şərəfsizdir. Bu cür cinayətlər cavabsız qalmamalı, kim şəhid ailəsinin haqqına göz dikibsə, ifşa olunmalı, ölkə boyunca lənətlənməli, qanunla cəzalanmalı, qınaq obyektinə çevrilməli, kimsə eləsinə salam belə verməməlidir. İstər nazirlik olsun, istər icra hakimiyyəti, bu məsələyə ən qısa zamanda açıqlama verilməlidir. Şəhid ailəsi bu xalqın namusudur, ona dikilən göz tökülməli, uzanan əl kəsilməlidir. Bir şəhid ailəsi icra hakimiyyətindən də, nazirlikdən də daha dəyərlidir. Əgər doğrudan da şərəfini, heysiyyatını, insanlığını itirmiş hansısa məmur onların haqqını yeyirsə, qanunla müəyyən edilmiş ən ağır cəzanı almalıdır.
Bu məmurlar onsuz da hər yerdən pul çıxarmağı bacarırlar. Axan çaylar onların, bərəkətli torpaqlar onların, meşələr, bağlar onların, şıdırğı alver gedən dükan-bazar onların, daha bu yetimin malından nə istəyirsiniz? Hər bir xalq üçün müəyyən qırmızı cizgilər olmalıdır ki, onların tapdalanması ən sərt reaksiya ilə qarşılanmalıdır, özü də tək bir və ya bir neçə fərd, məhkəmə, polis tərəfindən deyil, ellikcə, bütöv bir xalq olaraq hər kəs öz iradəsini ortaya qoymalıdır. Şəhid bir ailənin deyil, bir xalqın övladıdır, müharibə əlili də həmçinin. İndi bir neçə əclaf onların haqqına göz dikibsə, buna göz yummaq insanlığını itirmək deməkdir. Şəhidlik - ölümün zirvəsi, Allahın bir lütfüdür. Şəhid malına göz dikən harınlar isə şəhidlik ünvanına deyil, gəbərməyə layiqdirlər.
Təsəvvür edirsinizmi, döyüş bölgəsində şəhid ailələrini, qaziləri öz dövlətindən, dövlət başçısından narazı hala gətirirlər. Bunları eləyənlər də dövlət strukturlarında oturmuş hansısa oğrular, rüşvətxorlar, nadürüstlərdir. Ölkə Prezidenti İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin həyat səviyyəsinin yüksəldilməsi üçün qərarlar, sərəncamlar imzalayır, tapşırıqlar verir, bunlarsa nə Allahdan qorxurlar, nə Prezidenti sayırlar, "get hara istəyirsən şikayət elə" deyib qapıdan qovurlar, onlara bu vəzifəni vermiş Prezidentə qarşı düşmənçilik edirlər. Görün bunlar nə qədər qudurublar ki, dövlət büdcəsindən ayrılmış vəsaitin üçdən birini belə iş icraçısına vermirlər, bir ev üçün verilən 94 min manatın ən azı 60 minini ciblərinə qoyurlar. Bunlar adi cinayətkar deyillər, bunlar müharibə dövrünün qanunlarına uyğun mühakimə olunmalı şərəfsiz, vicdansız məxluqlardır.
İnanıram ki, eyni vəziyyət təkcə Tərtərdə deyil, digər bölgələrimizdə də var. Allaha çox şükür, indi bir canini ölkə boyuncə ifşa eləmək əvvəlki kimi çətin deyil, hərənin əlində bir telefon var və hadisələri yerindəcə çəkib yaya bilirlər. O gün xəbərlərdə saxta kovid-19 pasportu satanların ifşa edilərək cinayətə cəlb olunduqları bildirilirdi. Sizə də növbə gələcək, oğru məmurlar, yetim malını, şəhid ailəsinin haqqını yeyən alçaqlar! İnşallah, az qalıb.