Ötən əsrlərdə yaşamış görkəmli zəka sahiblərindən söz düşəndə, nədənsə, həmişə qulaqlarımda rəhmətlik Mirzə Cəlilin "gözümü açanda bu dünyanı qaranlıq görmüşəm..." sözləri səslənir. Gözlərim önünə isə qaranlıq gecədə "Allah, Allah"la yol gedən bir dəstə nabələd adamın güclə sezilən kölgələri gəlir... İrəlidə gedən bir nəfər əlindəki çırağı yuxarı qaldırır ki, arxasınca gələnlər ayaqlarının altını yaxşı görsünlər, yolun çala-çuxuruna düşüb əzilməsinlər. Yol isə uzaq olduğundan hami tələsir...
Xalqımızın içtimai fikir tarixində elə şəxsiyyətlər var ki, onlar haqqında söz demək, yazmaq hərtərəfli axtarış və mənəvi haqq tələb edir. Həmin insanların vətən və millət qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Onlar böyük vətəndaş olmaqla yanaşı, nadir istedad, güclü təfəkkür sahibləri olmuş, qələm çaldıqları hər bir sahədə iz qoymuş, məktəb yaratmışlar. Belə simalardan biri Həsən bəy Məlikov-Zərdabidir.
Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının ("Əkinçi” qəzeti) və milli teatrının, eyni zamanda, belə demək olarsa, xeyriyyəçiliyin banisidir...
Bu gün - noyabrın 28-i (1837-1907-ci il) Həsən bəy Zərdabinin xatirə günüdür. (Təəsüf ki, vikipediyada bir yerdə Həsən bəyin 28 may 1907-ci il tarixdə vəfat etdiyi yazılıb).
Bütün həyatını xalqının azadlığı və yüksəlişi yolunda sərf edən nə Həsən bəyin özü, nə də övladları xoşbəxt olublar. Görünür, əbəs yerə deməyiblər ki, el üçün ağlayan iki gözdən olar. Yazılanlara görə, gərgin ictimai-elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işlədiyi üçün iflic olub - çox zəif görüb və danışa bilməyib. Bununla belə, o qəlbinin işığı ilə fəaliyyətini davam etdirib, bir müddət sonra vəfat edib. Onu köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn ediblər. 1937-ci ildə həmin ərazi dağıdılıb, mərhumun sümüklərini ailəsi bir neçə il evdə saxlayıb.
1957-ci ildə Həsən bəyin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn edilib.
Həsən bəyin dəfn mərasimi ümumxalq matəminə çevrilib. O vaxt "Kaspi" qəzeti bu münasibətlə yazıb: "Əgər Həsən bəy öz qüvvə və bacarığını çoxları kimi şəxsi var-dövlət yığmağa sərf etsəydi, indi biz onun cənazəsini bu kasıb daxmacıqdan deyil, dəbdəbəli saraydan götürərdik. Onu dəfn etməyə çox adam gələrdi, amma biz onların arasında yüzlərlə gözləri yaşlı bu məsum uşaqları görməzdik. Həsən bəy milyonlar yığmaq üçün deyil, bax, bu uşaqların səadəti üçün yaşamış və yaratmışdır - onun xalqdan və vətəndən ayrı həyatı olmamışdır. Uzun illər ərzində o, özünə məxsus dəyanət və cəsarətlə şəhər Dumasında özbaşınalığa qarşı, şəhərin dağıdılmasına qarşı, Duma maşınının arxasında öz vicdanları ilə alver edənlərə qarşı təklikdə mərdanəliklə vuruşmuş, onun ifşaedici səsini heç bir vasitə ilə boğa bilməmişlər..."
Görkəmli ziyalı və şair Abdulla Şaiq isə fəryadla yazıb:
Yordu o zəif cismini
zəhmət və məşəqqət,
Doğma vətənin qoynuna gir,
ol daha rahət.
Gəlmiş hamı qəlbində kədər,
son görüşə bax,
Mümkünmü səni, ey böyük insan,
de unutmaq!
Qələm dostlarının bu layiqli sözlərindən sonra bizə yalnız bunları əlavə etmək qalır:
- Məzarın nurla dolsun, Həsən bəy!