Analizinin cavabını bildiyin anda çox həyəcanlanırsan. Bədənini soyuq tər basır. Qarnında, mədəndə ağrılar yaranır. Bir müddət donub qalırsan. Sonra tərin quruyur, mədənin sancıları çəkilir, bir balaca titrədirsən. Sonra o da keçir. Növbəti proseslər beyində və ürəkdə baş verir. Həmin gecəni qaranlıqda keçirməkdən qorxursan. İşığı yanılı qoyursan. Yatmağa çalışırsan. Amma aldığın hər nəfəsdən belə şübhələnirsən. Sanki nəfəs alırsan, digər nəfəsinin gəlməyəcəyindən qorxub, yeni nəfəs üçün tələsirsən. Ürəyin döyünür, burnun tutulur. Gah yuxuya gedirsən, gah oyanırsan, beynindəki qorxular kabusa çevrilir. Qəfil ayılırsan. Yenə nəfəsinin açıqlığını yoxlayırsan. Boğulub boğulmamağını ayırd etmək üçün pencərəni açıb nəfəsini nizama salmaq üçün dərindən nəfəs alıb-verməyə başlayırsan. Qəfil baxışların ulduzlara toxunur. Gözünü qıyıb baxdığında sanki hər biri sənə yaxınlaşır. Dərhal pərdələri çəkib, gözlərini möhkəm yumursan. Rahat, dərin bir yuxu üçün. Ancaq ilk günün narahatlığı səhərə kimi kabusların ağuşunda keçirir səni. Səhəri bir il kimi keçirdiyin bir neçə saatlıq narahat yuxudan ayılıb nəfəsini bir daha yoxlayırsan. Yaşayırammı, görəsən? Nəfəsim varmı? Daha sonra xəstəliyin fiziki simtomları üzə çıxmağa başlayır. Psixoloji simptomlarınsa, onları daha da üstləyir. Nəticədə, ancaq diqqət axtaran, qayğı dilənən, ürək-dirək dolu sözlər uman birinə çevrilirsən.
Ya da ki, yalnız özünə və Allahına güvənən, verilən imtahanı layiqincə çək-çevir edib, yetərincə düşünməyə zamanın olan birinə.
Sən yaşda, hətta yaşı yaşından daha az olanların ölüm xəbərləri narahatlıqlarını daha da artırır. Paylaşılan xəstəlik qurbanlarının donuq, lakin həyat dolu baxşıları səni daha da vahimələndirir. Bəzən özünü də o şəkillər arasında görürsən, xəyalən. Bu səni daha da sarsıdır. Xəstəliyini daha da artırır. Kabuslarını çoxaldır. Yenə ətrafdan diqqət dilənirsən. Qarşılıq görməyəndə, daha da qırılırsan. Elə hey, qulağın ən umduqlarının üzündə olur. Meyvə istəmədiyin halda, bir dilim meyvə doğramasını umursan, çay istəmədiyin halda çay süzməklərini gözləyirsən. Narahat olmadığın halda gözlərini üzündən heç çəkməmələrini istəyirsən. Həssasiyyətindən sənə də xərcləmərini çox umursan. Sənin göstərdiyin qayğının çox az faizini ummağa başlayırsan. Sonda təslim olursan. Xəstəliyin sağlığına təslim olmağını bildiyin an belə hələ də tükürpərdici xəyallar, kabuslar səni rahat buraxmır. Çünki ruhun qidalanmır. Çünki ruhunun sevgi ilə sağalmağa ehtiyacı var.
Günlər keçir. Günlərin hər saatı irəliləyir. Kənardan baxıb həyatın necə də öz axarı ilə davam etdiyini müşahidə edirsən. Hər gün günəş eyni vaxtda çıxır, bağçaya, məktəbə, işə tələsən adamlar öz istiqamətlərinə davam edir. Sevdiklərin belə sənin halına öyrəşib, öz işlərinə eyni templə davam edir. Bu dünyada, öz otağında, öz evində ən doğmalarınla belə özünü tənha hiss edirsən. Və düşünməyə başlayırsan. İtirdiyin duyğuların üçün darıxırsan, əsəbiləşirsən, biganə yanaşdığın qoxular üçün burnunun ucu göynəyir, özündən bixəbər ağzına apardığın hər dadın eynisini dadmaq üçün ağzın tamarzıyır. İynələrdən dəlik deşik olmuş damarlarının ağrısızlığı üçün çox darıxırsan. Baş ucunda düzülmüş dərman qutularını zibil qabına atmaq üçün səbrsizlənirsən. Və durmadan düşünürsən. Dərk edirsən. İndiyə qədər fərqində olmadan, bizə verilən ilahi nemətlər üçün nə qədər şükürsüz yaşadığını anlayırsan. Qaynar həyatından bezib yorulduğun günlərin ən ağırı üçün belə darıxırsan. Və qəfil səni günlərdir geri aparan gücün ruhuna geri qayıtdığını hiss edirsən. Bu dəfə daha güclü, daha güvənli və daha qətiyyətli. Günlərin çıxarışını nəticə olaraq, hesabatlarına qatmağa başlayırsan. Son iki ilin bəlası sayılan COVID-19, bəlkə də daha çox mənəviyyatımızı, daxili aləmimizi, unutduğumuz və ya fərqində olmadıqlarımızı daha dərindən anlatmağa çalışır.