Ərazilərimizin işğaldan azad olunmasından 2 ilə yaxın vaxt keçir. 21 ay bundan əvvəl Azərbaycan ərazisinə növbəti yad bir ordu daxil olub – Rusiya ordusu. Biz həmin orduya “sülhməramlılar” deyirik. Zənnimcə, bu cür ordunun məqsədi sülh yaratmaq, xalqları barışdırmaq olduğundan, adı da “sülhməramlı” yox, sülhyaradıcı və ya barışdırıcı olmalıdır. (Ruslar özləri bu orduya “миротворец”, - sülh yaradan, ingilislər isə “peacemaker” – sazişçi, barışdırıcı deyirlər).
Çünki onlar Azərbaycan ərazisinə bu ölkənin ərazisində yaşayan erməni və Azərbaycan xalqını barışdırmaq üçün gəliblər. Daha doğrusu, buna görə bu ölkənin ərazisinə dəvət olunublar.
Bəs ötən 21 ayda iki xalqı barışdırmaq üçün, onlar arasında sülh yaratmaq üçün bu ordu hansı işləri görüb? Mən bu suala cavab vermək üçün bir dənə müsbət məqam tapa bilmirəm.
Rus sülhməramlılarından ermənilər də narazıdır, biz də. Ermənilər elə bilirlər ki, rus ordusu bura onları qorumaq üçün gəliblər.
Bizim mövqeyimiz belədir ki, rusların ərazimizdə qalacaqları 5 il ərzində ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər və ondan sonra hər şey qaydasına düşəcək.
Əslində ermənilərin də, bizim də mövqeyimiz reallığı əks etdirmir.
Rus sülhməramlıları bölgəyə gəldikləri ilk gündən ermənilərə izah etməli idilər ki, onlar Azərbaycan ərazisində yaşayırlar və 5 il sonra, daha doğrusu, 2025-ci ildə bura Azərbaycan ordusunun və polisinin sərəncamına veriləcək.
Bu, Rusiya sülhməramlılarının vəzifələrindən biridir, daha doğrusu vəzifəsinin əsasıdır. Amma bu vəzifəni yerinə yetirmək Rusiyanın maraqlarına cavab vermir. Çünki, onlar bura, Jirinovsikinin təbiri ilə desək, həmişəlik gəldiklərini düşünürlər. Rus sülhməramlılarının rəhbərindən soruşmaq lazımdır ki, sənin səlahiyyətinin bitməsinə 3 il qalıb, indiyə qədər sülh üçün nə etmisən? 3 il sonra sən gedəcəksən, ermənilərlə azərbaycanlılar birgə yaşaya biləcəklərmi?
Ermənilər də rus sülhməramlıları kimi düşünürlər. Onlar elə bilirlər ki, ruslar bu torpaqlarda əbədi qalacaqlar və ermənilər də Rusiyanın kölgəsində Azərbaycan dövlətinə tabe olmadan Azərbaycan ərazisində şad-xürrəm yaşayacaqlar.
Hər kəsə məlumdur ki, ermənilərlə azərbaycanlılar arasındakı münaqişə Rusiyanın mənafelərinə uyğundur. Onlar bu münaqişədən istifadə edib həm bizi, həm də erməniləri öz nüfuz dairəsində saxlayırlar. Bu münaqişə bitərsə, daha doğrusu ermənilərlə azərbaycanlılar dost olarlarsa, onda burada yad orduya (rus ordusuna) ehtiyac qalmaz. O zaman Rusiyanın Ermənistanı və Azərbaycanı öz nüfuz dairəsində saxlama rıçaqları da avtomatıik aradan qalxmış olar. Münaqişə qaldıqca burada 3-cü qüvvəyə, yəni rus ordusuna ehtiyac olacaq. Bu səbəbdən də rus sülhməramlılarının hazırkı hərəkətsizliyini başa düşmək olar.
İndiki situasiya erməniləri də qane edir: müharibə yoxdur, Azərbaycan Xankəndiyə və ermənilərin məskunlaşdığı digər ərazilərə müdaxilə etmir, onlar istədikləri kimi, “müstəqil” yaşayırlar.
Bəs hazırkı vəziyyət bizi qane edirmi?
Əlbəttə, yox!
Biz istəyirik ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin! Bəs bunun üçün nə etmişik?
“Ermənilər də bütün Azərbaycan vətəndaşlarının sahib olduqları hüquqlara sahib olacaqlar” deməklə heç nə dəyişmir. Çünki bu, sözdən başqa bir şey deyil.
Biz hələ ki, erməni əhalimizə rəsmi heç bir təklif verməmişik. Erməni nəyi əsas tutub Azərbaycan dövlətinə vətəndaşlıq üçün müraciət etməlidir?
Hazırda biz də, rus sülhməramlıları kimi, hərəkətsizlik edirik. Əslində biz parlament səviyyəsində erməni əhalisinə onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin edən rəsmi təkliflər, normativ aktlar, qanunlar təqdim etməliyik ki, onlar da indiki həyatları ilə onları müqayisə edib qərar verə bilsinlər.
Təbii ki, bu təkliflər mülki erməni əhalisinə şamil edilməlidir. (Lazım gələrsə hətta Azərbaycan dövlətinə qarşı döyüşən silahlı ermənilər üçün “Peşmanlıq qanunu” da təklif etmək olar). İndi belə təkliflər versək, erməni əhalisinin qərar verməsi üçün hələ 3 il vaxtı olacaq və bu müddətdən sonra Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etməyən mülki erməniləri də ölkə ərazisindən çıxarmaq üçün qanuni baza olacaq. Necə deyərlər, Azərbaycan vətəndaşı olmaq istəməyən gedib istədiyi ölkədə yaşaya bilər.
Hələliksə biz ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün hüquqi baza yaratmalıyıq. İndiki hərəkətsizliyimiz davam edərsə, onda biz 2025-ci ildə rus sülhməramlılarının səlahiyyət müddətinin uzadılması ilə razılaşmalı olacağıq ki, Rusiya və Ermənistanın da istədiyi budur.