Tıxac böyük şəhərlərdə avtomobil yolları üçün xarakterik olan bir problemdir. Bunun obyektiv və subyektiv səbəbləri var.
Obyektiv səbəbləri bir kənara qoyaq, onları aradan qaldırmaq çətin, bəzən də mümkünsüzdür.
Bəs subyektiv səbəblər?
Gəlin, bunu anlamağa çalışaq.
Bakı paytaxt şəhəridir. Burada tıxacın olması qeyri-adi hadisə deyil. Amma mütləq də deyil.
Məsələn, işğaldan azad olmuş ərazilərdə çoxillik perspektivləri nəzərə almaqla yeni paytaxt şəhəri tikmək olar ki, orada ümumiyyətlə, tıxac sözü mənasını itirər.
Hələlik isə bizim belə şəhərimiz yoxdur ki, paytaxtı ora köçürməklə tıxacdan azad olaq.
Bakı çoxmilyonlu şəhərdir. Burada avtomobillərin sayı da kifayət qədər çoxdur. Amma Bakının bu göstəricilərini İstanbulla, Nyu-Yorkla müqayisə etmək olmaz.
Mənim şəxsi fikrim belədir ki, İstanbul Bakı kimi idarə olunsa, orada tıxac bir yana dursun, nəfəs almaq belə çətin olar. Düşünürəm ki, Bakının tıxaclı olmasında idarəetmənin də böyük qüsurları var.
İdarəetmənin təkmilləşdirilməsinin tıxacın tamamilə aradan qaldırılması ilə nəticələnəcəyini iddia etmirəm, amma nisbətən azalacağına inanıram.
Düşünürəm ki, Bakıda tıxacların azalması üçün intizamlı sürücü və məsuliyyətli yol polisinə ehtiyac var.
Qısa müddətdə intizamlı sürücü tərbiyə etmək çətin məsələdir.
Bəs məsuliyyətli polis necə? Əslində ritorik sualdır. Polis məsuliyyətli olmalıdır. Yol polisi yolda hərəkətin təhlükəsizliyini təmin etməlidir. Etmirsə, bu onun məsuliyyətsizliyidir.
2015-ci ildə Avropa oyunları ərəfəsində belə bir təşviş var idi ki, oyunlar başlayanda Bakıda hərəkət mümkünsüz olacaq. Amma belə olmadı. Əksinə, son 20 ilin ən tıxacsız Bakısını məhz Avropa oyunlarının keçirildiyi günlərdə müşahidə etdik. Bunu necə bacardıq? Əlbəttə, yol polisinin məsuliyyəti sayəsində. Təkcə bu fakt göstərir ki, məsuliyyətli yol polisi ilə Bakıda bu problemi xeyli yüngülləşdirmək olar.
İstanbulda yol polislərinin bir qismi yol ayrıclarında, potensial təhlükə gözlənilən nöqtələrdə ayaq üstə dayanıb hərəkətin təhlükəsizliyinin təmini üçün xidmət edir. Bizdə isə yol polisi öz BMW-si ilə potensial təhlükə nöqtələrindən 50-100 metr aralıda dayanıb sürücülərin qaydaları pozmasını gözləyir. Hələ bu azmış kimi, qaydanı pozan sürücünün arxasınca şütüyüb onu bəzən hərəkətin sıx yerində saxlatmaqla tıxaca səbəb olur.
Yəni, polis İstanbulda təhlükəsizliyin təminatçısı, bizdə isə cəza məmuru rolunu oynayır.
(Mən hələ ötən əsrin 70-80-ci illərində “Kommunist” qəzetində yol polisinin pusquda durduğu, qaydaların pozulmasını gözlədiyi barədə böyük bir məqalə oxumuşdum (səhv etmirəmsə, müəllifi İ. Rəhimli idi). Üstündən 40-50 il keçməsinə, bu barədə dəfələrlə yazılmasına baxmayaraq, bu metod hələ də dəyişməyib).
Polisin bu cür xidmət etməsinə yardım edən səbəblər də mövcuddur. Məsələn, polis yazdığı protokollardan toplanan cərimələrin 25 faizini mükafat kimi alır. Bəlkə də, buna görə, səhər işə gedən polisi tıxaclardan çox yazacağı cərimə protokollarının məbləği maraqlandırır.
Bakı Nəqliyyat Agentliyi (BNA) də tıxaclara öz “töhfəsini” verməkdədir. Guya qəzaların qarşısını almaq məqsədi ilə Bakı küçələrində sürəti 50 km-ə qədər məhdudlaşdırmağa başlayıb. Adətən, normal hərəkət olan yollarda maşının biri sürəti aşağı salırsa, arxada maşınlar çoxalmağa başlayır, yəni, tıxac yaranır. BNA-nın bu təşəbbüsü qaş düzəldilən yerdə gözü çıxarmağa bənzəyir. Əgər sürəti məhdudlaşdırmaq qəzaların qarşısını alacaqsa, onda BNA-ya tövsiyə edərdik ki, sürəti sıfıra endirsin, yəni hərəkəti tamam dayandırsın, onda 100 faiz qəza olmayacaq.
Şəhərdə duracaqların məhdud sayda olması, ictimai nəqliyyatda bir dönmədə bütün hərəkət zolaqlarını bağlayan iri həcmli avtobuslardan istifadə olunması da tıxac yaradan səbəblərdəndir. Bu da BNA-nın həll etməli olduğu problemlərdəndir.
BNA duracaqların artırılması, yolların kənarlarında dayanma-durma qaydalarının sahmana salınması, ictimai nəqliyyat üçün xüsusi yolların salınması kimi çətin problemləri bir yana atıb, sürəti məhdudlaşdırmaqla vəzifəsini bitmiş hesab edir.
Bakı böyük şəhərdir. Burada tıxacın olması qaçılmazdır.
Sürücü intizamlı, yol polisi məsuliyyətli, BNA peşəkar olsa, bu tıxacları hissediləcək qədər azaltmaq olar.