Türkiyəyə məxsus F-16-lar Afrini bombalayır: Azad Suriya Ordusu Afrinə girdi

ABŞ-da minlərlə dövlət məmuru işsiz qala bilər​

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

şənbə, 20 yanvar 2018
TR EN RU

Menu

şənbə, 20 yanvar 2018
EN TR RU

ANALİZ

Rusiyanın başı dərddə...

05.06.2017 11:49

"2014-cü ilin iyulunda Ukrayna səmasında Malayziya hava yollarına məxsus "Boeing 777" sərnişin təyyarəsi vurulmuş və əksəriyyəti Niderland vətəndaşı olan 298 nəfər ölmüşdü. Ekspertlər və jurnalistlərdən ibarət "B​​ellingcat" təhqiqat qrupu o vaxtdan bəri bu hadisə ilə bağlı araşdırma aparır. Araşdırma nəticəsində əvvəlcə təyyarənin Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazidən açılan atəşlə vurulduğu müəyyən olunmuşdu. İndi isə təyyarənin Rusiya Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksi ilə vurulduğu sübuta yetirilib". "Yeniavaz.com" xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib. Politoloq qeyd edib ki, "Buk"un hansı hərbi hissədə və hərbi birlikdə qeydiyyatda olduğu da aşkara çıxarılıb: "Kursk şəhərində dislokasiya olunmuş 32406 saylı hərbi hissə - 53 saylı zenit-raket briqadası. "Buk"un Rusiyadan Ukrayna ərazisinə keçirilməsi prosesinə rəhbərlik etmiş rusiyalı zabitin (istefada olan) ad-soyadı da məlumdur - "Xmurıy" ləqəbli Sergey Dubinski.

Məlumatlar Hollandiya Prokurorluğu tərəfindən də rəsmən təsdiqlənərək elan edildikdən sonra bunun Rusiya üçün müəyyən siyasi-hüquqi nəticələri olacaq. Yəqin ki, cinayətlə bağlı beynəlxalq hərbi tribunal yaradılması məsələsi yenidən gündəmə gələcək (Bir dəfə BMT-də qaldırılıb, Rusiya veto qoyub.) Rusiya terrorçuların cəzalandırılmasına əngəl törətsə, Qərblə münasibətlərdə növbəti gərginlik ocağı yaranacaq. Eyni zamanda, bu fakt Donbas məsələsində Ukraynanın əlini də gücləndirəcək".

Oxundu 389

© 2018 - NSPSOLUTIONS