Ermənistanın eks-prezidentinin oğlu da etiraz aksiyasında saxlanıldı


Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu və Ermənistan parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına qarşı keçirilən etiraz aksiyasında saxlanılıb.  
Yeniavaz.com
xəbər verir ki, o bu barədə öz “Telegram” kanalında məlumat yayıb.
“Mən Vedi şəhərinin (Ararat rayonu, İrəvandan 50 kilometr məsafədə) polis şöbəsindəyəm”, - deyə Köçəryan yazıb.
Onun sözlərinə görə, onunla birlikdə polis şöbəsində daha beş nəfər var.
Qeyd edək ki, cümə axşamı Ermənistan polisi İrəvan və Ermənistanın digər bölgələrində Azərbaycanla sərhədin delimitasiyası prosesinə etiraz edən 29 aksiya iştirakçısını saxlayıb.

DİGƏR XƏBƏRLƏR

Top