Rusiya Latviya səfirliyinin iki diplomatını “persona non qrata” elan etdi


Rusiya Latviya səfirliyinin iki diplomatını “persona non qrata” elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.
Bildirilir ki, bu gün səhər saatlarında Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Dace Rutka ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb:
“Latviya diplomatik missiyasının rəhbərinə Rusiyanın Latviyadakı səfirliyinin iki diplomatına heç bir əsas olmadan “persona non qrata” elan edilməsi ilə bağlı kəskin etirazı bildirilib. Qarşılıqlılıq prinsipinə əsaslanaraq Latviya səfirliyinin iki diplomatik əməkdaşı Rusiyadan çıxarılır”.
Nazirlik həmçinin qeyd edib ki, əgər respublika rus diplomatlarına qarşı düşmənçilik fəaliyyətini davam etdirərsə Rusiya Federasiyası qaçılmaz olaraq Latviya üçün ağrılı olan digər addımlar da atacaq.

DİGƏR XƏBƏRLƏR

Top