“WhatsApp” daha bir funksiya əlavə etdi


“Meta” Korporasiyası “WhatsApp” messencerinin yeni beta versiyasını buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.
Məlumata görə, yeni versiyaya daxili nömrə yığan əlavə olunub.
“WABetaInfo”nun məlumatına görə, yeni funksiya “WhatsApp”ın yeni konseptinin təkmilləşdirilmiş variantı kimi təqdım olunacaq və istifadəçilər üçün telefon kitabçasında olmayan nömrələrlə qarşılıqlı əlaqə prosesini sadələşdirəcək.
Öz növbəsində, proqram daxilində nömrə yığan telefon nömrələrini telefon kitabçasında saxlamağa ehtiyac olmadan kontaktlara zəng etmək imkanını təmin edəcək.
“Bəzən istifadəçilər müvəqqəti səbəbə görə kiməsə zəng etməli olurlar: məsələn, alışı koordinasiya etmək və ya biznes məsələsini müzakirə etmək. “WhatsApp”ın daxilindəki nömrə yığan sayəsində bu zəngi telefon kitabçanıza əlavə etmədən etmək mümkün olacaq”, - “WABetaInfo” yazıb.
Qeyd edək ki, “WhatsApp” beta testinin iştirakçısı olan istənilən istifadəçi yeni funksiyanı sınaqdan keçirə bilər. Bunun üçün ona “Google Play”dən messencer versiyasını 2.24.9.28 konstruksiya nömrəsi ilə yükləmək kifayətdir.

DİGƏR XƏBƏRLƏR

Top