Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ANALİZ

Tramp da 24 apreldə erməniləri məyus edəcək

22.04.2017 16:57

Aprelin 24-də ermənilər qondarma soyqırımının növbəti ildönümünü qeyd etməyə hazırlaşırlar. Həmişəki kimi bu dəfə də ermənilər və onların havadarları olan güclər, o cümlədən erməni lobbisi tərəfindən pulla ələ alınan ermənipərəst konqresmenlər ABŞ prezidenti Donald Trampın aprelin 24-də edəcəyi müraciətində "soyqırım" ifadəsini işlədəcəyinə ümid edirlər. Bununla bağlı erməni muzdlusu olan konqresmenlər qondarma soyqırımı ərəfəsində Donald Trampa müraciət edərək onu "soyqırımı"nı tanımağa çağırıblar. Bəs aprelin 24-də edəcəyi müraciətində prezident Donald Tramp "erməni soyqırımı" ifadəsini işlədəcəkmi? Məsələ ilə bağlı "Yenivaz.com"a verdiyi açıqlamasında politoloq Qabil Hüseynli Donald Trampın aprelin 24-də edəcəyi çıxışında erməniləri yenə də məyus edəcəyini, onun "soyqırım" ifadəsini işlədəcəyinə inanmadığını söylədi: "Donald Tramp ABŞ-ın digər prezidentləri ilə müqayisədə seçkiqabağı debatlarda qondarma erməni soyqırımını tanımaq barədə ermənilərə hər hansı vəd verməyib. Tramp bu günə kimi erməni lobbisinin və ermənipərəst konqresmenlərin qondarma soyqırımını tanımaq barədə ona edilən müraciətinə də hər hansı reaksiya verməyib. Ona görə də belə ehtimal edirəm ki, Tramp öz müraciətində "erməni soyqırımı" ifadəsini işlətməyəcək".

PolitoloqTrampın o dövrdə baş verən hadisələrlə bağlı təəssüflənəcəyini, ancaq "soyqırımı" əvəzinə onun daha yumşaq ifadədən istifadə edə biləcəyini istisna etmədiyini bildirdi.

Əziz Mustafa

Oxundu 484

© 2017 - NSPSOLUTIONS