“Rabitəbank”ın maliyyə vəziyyəti ürəkaçan deyil – Hesabat


Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 3-cü rübündə “Rabitəbank” ASC-nin xalis mənfəəti 5 milyon 934 min manat və ya 31% azalaraq 13 milyon 249 min manata düşüb.
Yeniavaz.com
 xəbər verir ki, hesabat dövründə bankın problemli (vaxtı keçmiş) kreditlərinin də həcmi kəskin artıb.
Açıqlanan məlumatlara görə, bu ilin 3–cü rübünün yekununda “Rabitəbank”ın 47 milyon 413 min manat həcmində problemli kreditlər olub və bu ümumi kreditlərin 5%-nə bərabərdir.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bankın problemli kreditlərinin həcmi 29 milyon 916 min manat olub (ümumi kreditlərin 3,7%-i).
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 101,3 milyon manat olan “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. Bank səhmlərinin 40,6%-nin Əliyev Rauf Zeynal oğluna məxsus olduğu bildirilir.
Rauf Əliyev eyni zamanda bankın Müşahidə Şurasının üzvüdür.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top