
2026-cı ilin oktyabr ayında ABŞ-də yeni avtomobillərin orta satış qiyməti rekord həddə – 51 min 109 dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, “Cox Automotive” şirkətinin məlumatları əsasında hazırlanan statistikaya görə, ABŞ-də avtomobillərin orta qiyməti markadan asılı olaraq ciddi fərqlənir.
Məlumata əsasən, ən bahalı avtomobillər “Porsche” markasına məxsusdur. Belə ki, bu markanın avtomobillərinin orta satış qiyməti 125 min 270 dollar təşkil edib. İkinci yerdə 102 min 826 dollarla “Land Rover”, üçüncü yerdə isə 90 min 101 dollarla “Cadillac” qərarlaşıb.
İlk beşlikdə həmçinin “Lincoln” (78 min 132 dollar) və “BMW” (73 min 149 dollar) markaları yer alıb.
Qiymət fərqinin əsas səbəblərindən biri avtomobil markalarının istehsal etdiyi modellərin çeşidi və ölçüləridir. Məsələn, “Ram” markasının model sırasının əsas hissəsini pikap və furqonlar təşkil edir. ABŞ-də oktyabr ayında tamölçülü pikapların orta qiyməti 67 min 912 dollar, tamölçülü SUV avtomobillərin orta qiyməti isə 80 min 957 dollar olub.
Avropa avtomobil istehsalçıları da bahalı avtomobillərin üstünlük təşkil etdiyi markalar sırasında yer alıblar. Siyahıda göstərilən 8 Avropa markasından 6-sının orta satış qiyməti 61 min dolları ötüb. Yalnız “MINI” (41 min 75 dollar) və “Volkswagen” (40 min 185 dollar) bu həddən aşağı qiymətə malik olub.
Daha münasib qiymətli avtomobillər isə əsasən Yaponiya və Cənubi Koreya istehsalçılarına məxsusdur. Orta satış qiyməti 40 min dollardan aşağı olan 8 markadan 7-si bu ölkələri təmsil edir.
Yaponiya istehsalçılarından “Toyota”nın orta satış qiyməti 44 min 168 dollar olub. “Kia”da bu göstərici 39 min 260 dollar, “Hyundai”də 38 min 320 dollar, “Honda”da 38 min 198 dollar, “Nissan”da 37 min 578 dollar təşkil edib.
ABŞ markaları arasında isə orta qiyməti 40 min dollardan aşağı olan yeganə istehsalçı “Buick”dir. Bu markanın avtomobillərinin orta satış qiyməti 37 min 400 dollar olub.
Qeyd edək ki, statistikada göstərilən qiymətlər istehlakçılara təqdim edilən güzəştlər, vergilər və əlavə ödənişlər nəzərə alınmadan hesablanıb.
2026-cı ilin oktyabr ayında ABŞ-də avtomobil markaları üzrə orta satış qiymətləri aşağıdakı kimi olub:
“Porsche” – 125 270 dollar
“Land Rover” – 102 826 dollar
“Cadillac” – 90 101 dollar
“Lincoln” – 78 132 dollar
“BMW” – 73 149 dollar
“Mercedes-Benz” – 71 086 dollar
“Infiniti” – 69 865 dollar
“Ram” – 69 850 dollar
“GMC” – 65 607 dollar
“Audi” – 64 403 dollar
“Genesis” – 64 316 dollar
“Lexus” – 63 899 dollar
“Volvo” – 61 588 dollar
“Ford” – 61 565 dollar
“Tesla” – 54 194 dollar
“Jeep” – 53 592 dollar
“Dodge” – 53 475 dollar
“Chevrolet” – 51 058 dollar
“Acura” – 50 320 dollar
“Chrysler” – 49 959 dollar
“Toyota” – 44 168 dollar
“MINI” – 41 075 dollar
“Volkswagen” – 40 185 dollar
“Kia” – 39 260 dollar
“Hyundai” – 38 320 dollar
“Honda” – 38 198 dollar
“Nissan” – 37 578 dollar
“Subaru” – 37 429 dollar
“Buick” – 37 400 dollar
“Mazda” – 37 082 dollar
“Mitsubishi” – 33 579 dollar
Tətbiqimizi yükləyə bilərsiniz