Bu gün “Araz-Naxçıvan” “Neftçi”ni, “Kəpəz” isə “Qarabağ”ı qəbul edəcək


Azərbaycan Premyer Liqasının XII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, günün ilk matçında saat 14:30-da “Araz-Naxçıvan” Şamaxıda “Neftçi”ni qəbul edəcək. Son 8 oyunda məğlub olmayan paytaxt təmsilçisi 24 xalla ikinci, qələbə qazana bilməyən Naxçıvan klubu isə 4 xalla sonuncu pillədə qərarlaşıb.
Saat 17:00-da isə “Kəpəz” Gəncədə “Qarabağ”la qarşılaşacaq. Ağdam klubu son 4 matçda qələbə qazana bilməyib və son 3 görüşdə qol vurmayıb. “Kəpəz” isə son iki qarşılaşmada rəqibini məğlub edib.
Turnir cədvəlində “Qarabağ” 19 xalla beşinci, “Kəpəz” 17 xalla altıncıdır.
Qeyd edək ki, XII turun əvvəlki oyunlarında “Sabah” “Sumqayıt”ı (5:1), “Turan Tovuz” “Şamaxı”nı (2:0), “Qəbələ” “Şəfa”nı (2:0) məğlub edib. “İmişli” – “Zirə” matçı isə 2:2 hesabı ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top