(II yazı)
Bir zamanlar sinif rəhbərlərinin valideynlərlə müntəzəm əlaqə saxlamaq və ona nəzarət etmək üçün ayrıca “Valideynlərlə söhbət” dəftəri var idi. Sinif rəhbərləri bütün şagirdlərin valideynlərilə övladlarının dərslər, məktəb, müəllim və məktəb yoldaşlarına münasibəti haqqında söhbətlər aparıb, onları məktəbə, övladlarının dərslərində iştirak etməyə sövq edirdilər.
Valideynlərin dərsdə iştirakı, bütünlükdə məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinə, müəllimlərin peşəkarlığının təkmilləşməsinə müsbət təsir göstərirdi.
Yaxşı yadımdadır, bir dəfə dərsimdə iki valideyn iştirak etməli oldu. Yoxlama yazı işi aparmalı idim plana görə. Zarafatyana gənc valideynlərə də test vərəqi verdim. Vaxt bitəndən sonra ağıllı lövhədə nümayiş etdirib səhvlər üzərində iş aparmağa başladıq. Maraqlı burasıdır ki, valideynlər elə bəzi şagirdlərim qədər bal toplamışdı.
Bu, epizod, daha çox da əvvəlki nəsillərin öyrənməyə münasibəti baxımından şagirdlərimin çalışmasına yaxşı təsir göstərdi. Bu, hamıya məlum bir həqiqətdir ki, təlim-tərbiyədə xırda məsələ olmadığı üçün bu işin uğuru naminə hər uyğun fürsətdən də bəhrələnməyi bacarmaq lazımdır.
Ailə-məktəb münasibətlərinə müasir yanaşma tam fərqlidir. Çox valideynlərin məktəb və ayrı-ayrı müəllimlər haqqında ağızdolusu tərif və ya giley-güzarını eşitmişəm. Müsbət fikirlər bir yana, mənfi təəssüratları da yaz mehi kimi mülayim şəkildə müəllimin diqqətinə catdırmaq həm valideyni qeybətdən qoruyar, həm də müəllimin öz işinə kənardan baxması üçün şərait yaradar.
Günümüzdə məktəb-ailə əlaqəsi çox zəif görünür. Bəzi müəllimlər öz üzərlərində heç bir nəzarətin olmadığından sui-istifadə edərək, peşə hazırlığının qayğısına qalmır, haçansa öyrəndiklərini yelpikləməklə kifayətlənirlər. Nəticədə, ali təhsil almaq istəyi olan şagirdlər repetitor axtarır, valideynlər də ailə büdcəsini genişləndirmək qayğısı ilə məşğul olurlar.
Yazımıza ən yaxşı valideyn məktubunun müəllifi hesab etdiyim, Amerikanın 16-cı prezidenti, görkəmli şəxsiyyət və dövlət başçısı Avraam Linkolnun hər bir valideynə nümunə ola biləcək möhtəşəm fikirləri ilə davam edək:
“Oğlum bu gün məktəb həyatına başlayır. Bu, onun üçün bir müddət qəribə və yeni olacaq və istərdim ki, siz onunla nəcib davranasınız. Bu, onun üçün qitələri dolaşdıra biləcək bir macəradır. Bütün macəralarda çox güman ki, müharibələr, faciələr və qəm-qüssə var. Bu həyatı yaşamaq inam, sevgi və cəsarət tələb edəcək. Ona görə də, əziz müəllim, xahiş edirəm, onun əlindən tutun, öyrənməli olduğu şeyləri öyrədin – amma imkan olduqca nəcibliklə. Ona öyrədin ki, hər bir düşmən əvəzi bir dost var. O, bilməlidir ki, heç də bütün insanlar ədalətli deyil, bütün insanlar doğru deyil. Ona həm də öyrədin ki, hər əclafa qarşı bir qəhrəman var, hər bir şərəfsiz siyasətçiyə qarşı bir sadiq lider var.
Bacarırsınızsa, öyrədin ki, qazandığı 10 sent tapmış olduğu bir dollardan qat-qat dəyərlidir. Məktəbdə isə, müəllim, başqasından köçürməkdənsə, kəsilmək daha şərəflidir. Ona incəliklə uduzmağı, qalib gəldikdə isə qələbəsindən zövq almağı öyrədin.
Ona insanlarla nəcib rəftar etməyi, kobudlarla kobud davranmağı öyrədin. Mümkündürsə, onu paxıllıq hissindən uzaqlaşdırıb, sakitcə gülməyin sirrini öyrədin. Bacarırsınızsa, ona qəmgin olduğu halda necə gülməyi, ağlamağın ayıb olmadığını öyrədin. Ona öyrədin ki, məğlubiyyətdə şərəf, uğur qazanmaqda da məyusluq ola bilər. Ona müştəbehliyinə istehza etməyi öyrədin.
Mümkündürsə, ona kitabların möcüzələrini, həmçinin səmadakı quşların, günəşli gündə arıların, yaşıl təpədəki güllərin sonsuz sirləri haqqında təfəkkür etməyi aşılayın. Ona, hər kəs səhv olduğunu desə də, öz ideyalarına inam bəsləməyi öyrədin.
Mənim oğluma, başqları getsə belə, izdiham arxasınaca getməmə qüvvəti verin. Ona hər kəsə qulaq asmağı, lakin eşitdiyi hər şeyə həqiqət aynasında diqqət yetirməyi, yalnız süzülən yaxşıları qəbul etməyi öyrədin.
Ona öz istedad və biliklərini ən yüksək qiymət təklif edənə satmağı, ancaq heç vaxt ürəyi və ruhu üzərinə qiymət etiketi qoymamağı öyrədin. Qoy o, özündə səbirsiz olmağa cəsarət, cəsur olmağa isə səbir tapsın. Ona özünə saf inam bəsləməyi öyrədin, cünki bu halda onun həmişə bəşəriyyət və Allaha saf inamı olacaq.
Bu bir xahişdir, müəllim, yenə baxın, siz ən yaxşı daha nə edə bilərsiniz. O, çox gözəl balaca oğlandır, o, mənim oğlumdur”.
***
Müəllim əməyinin nəticəsindən günəş işığı və istisi kimi hər kəsə pay düşür. Ona görə də, bu nəcib peşə sahibinə hörmət bəsləmək onun ziyasını artırar. Müəllim heç vaxt yetişə bilməyəcəyi ən uca zirvəyə aparan bir yolun yolçusudur. Onun əməyinə verilən qiymət insanlıq üçün döyünən ürəyinə qüvvət verir. Ona ünvanlanan sevgi, hörmət və etimad dolu məktubların əhəmiyyəti əvəzsizdir. Müəllimlərə məktub yazmağı ənənəyə çevirməklə təhsilimizin uğurlarını artırmış olarıq.
* Məktubun tərcüməsi müəllifə məxsusdur.
** Yazının 1-ci hissəsini bu linkdən oxuya bilərsiniz.