Ermənistanda iyun ayının 20-də növbədənkənar parlament seçkisinin keçirilməsi nəzərdə tutulur.
Artıq seçkidə iştirak edəcək siyasi qüvvələrin adları tam şəkildə məlumdur. Ölkənin Mərkəzi Seçki Komissiyasına 24 siyasi partiya və 4 siyasi blok seçkidə iştirak edəcəklərini təsdiqləyən ərizəni təqdim edib.
Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” partiyası başda olmaqla, bəzi siyasi partiyalar artıq seçici siyahılarını açıqlayıblar.
Qeyd etdiyimiz kimi, seçki prosesinə rəsmi şəkildə 28 siyasi təşkilat qoşulsa da, əsas mübarizənin 5-6 siyasi təşkilat arasında gedəcəyi heç kimdə şübhə doğurmur.
Seçki gününün sonunda hakim “Mənim addımım” partiyasının qutudan birinci çıxacağı heç kimdə şübhə doğurmur. Lakin, seçicilərin neçə faizinin “Mənim addımım” partiyasına səs verəcəyi barədə indidən hansısa proqnozu səsləndirmək demək olar ki, mümkünsüzdür.
Cəmi 3 il əvvəl - 2018-ci ildə keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası səslərin 70,4%-ni əldə edib. Ermənistan tarixində xalqdan bu cür yüksək dəstəyi təxminən bir əsr əvvəl - 1919-cu ildə “Daşnaksütyun” ala bilib. 1919-cu ildə keçirilən parlament seçkilərində “Daşnaksütyun” səslərin 89%-ni qazanıb. SSRİ-nin süqutundan sonra keçirilən parlament seçkilərində isə ən yüksək dəstəyi 2017-ci ildə Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar” partiyası əldə edib. 2017-ci il seçkilərində seçicilərin 49,1%-i Sarkisyanın partiyasını dəstəkləyib. O zaman Ermənistan cəmiyyəti iqtidarda olan “Respublikaçılar” partiyasının qalib gəlmək üçün seçki prosesinə inzibati müdaxilə etdiyindən danışırdı. Hətta 1990-cı ildə keçirilən yarı-müstəqil parlament seçkilərdə hakim Kommunist partiyası seçicilərin 52% səsini alıb.
Lakin, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində baş verən 44 günlük müharibədən sonra Nikol Paşinyana olan etimad sürətlə aşağı düşməyə başladı. Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda hər ay sorğu keçirilir. May ayında keçirilən sorğuda iştirak edənlərin 24,8%-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini bildirib. Halbuki, fevral ayında “Gallup”un keçirdiyi sorğuda iştirak edənlərin 33,1%-i, mart ayında 31,7%-i, aprel ayında isə 27,2%-i “Mənim addımım” partiyasına səs verəcəyini qeyd edib. Rəqəmlərdən də göründüyü kimi hər keçən gün Paşinyanın etimadı azalmağa davam edir. Seçki gününə kimi Nikol Paşinyan hansısa uğurlu gediş etməsə, böyük ehtimalla seçicilərin təxminən ¼-nin etimadını qazanacaq.
Nikol Paşinyanın rəhbərlik etdiyi seçici siyahısında bir-sıra dəyişikliklər olub. 2018-ci il seçkilərində siyahının ilk pillələrində yer yer alan şəxslərin bəziləri bu dəfə siyahıdan çıxarılıb. Ötən seçkilərdə Nikol Paşinyanın yaxın çevrəsində yer alan baş nazirin müavini Tiqran Avinyan, millət vəkili Sasun Mikaelyan və İrəvan bələdiyyəsinin başçısı Hayk Marutyan bu dəfə siyahıda yer ala bilməyiblər. Əvəzində isə Paşinyanın siyahısına ölkənin bəzi tanınmış iş adamları daxil edilib.
Paşinyandan fərqli olaraq son aylarda insanlar arasında nüfuzunu artırmağı bacaran sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun qutudan ikinci sırada çıxacağı gözlənilir.
“Ermənistan” blokunda sabiq prezident Robert Köçaryan, “Daşnaksütyun” partiyası və “Dirçəliş Ermənistan” partiyası təmsil olunur. Robert Köçaryanın kim olduğu barədə yəqin ki, çox adam məlumatlıdır. 1992-1994-cü illərdə qondarma “Artsax Respublikası”nın baş naziri, 1994-97-ci illərdə isə prezidenti olub. Daha sonra - 1997-1998-ci illərdə Ermənistanın baş naziri, 1998-2008-ci illərdə isə Ermənistanın prezidenti olub. Hazırda bizneslə məşğul olduğu hər kəsə məlumdur. Robert Köçəryan 2009-cu ildən Rusiyanın ən böyük investisya şirkətlərindən biri olan “Sisteam”in direktorlar şurasının üzvüdür. Eyni zamanda Rusiya prezidenti Vladimir Putin ilə dostluq əlaqələrinə malik olduğu məlumdur.
Blokda təmsil olunan “Daşnaksütyun” partiyası xalq arasında geniş dəstəyə sahib olmasa da, diaspora ilə yüksək əlaqələrə sahibdir.
Köçəryanla müttəfiqlik edən “Dirçəliş Ermənistan” partiyası yeni yaranıb. 20 mart 2021-ci ildə təsis olunub. Partiyanın sədri Sünik (Zəngəzur) vilayətinin sabiq qubernatoru Vahe Hakopyandır. Partiyanın idarə heyətində Zəngəzurda yerləşən rayonların – Gorus, Mehri, Kacaran, Sisianın bələdiyyə başçıları təmsil olunurlar. Eyni zamanda Zəngəzurda fəaliyyət göstərən əsas biznes sahələri Vahe Hakopyanın nəzarətindədr. Zəngəzur bölgəsində “Dirçəliş Ermənistan” partiyasının namizədlərinin qutudan birinci çıxacağı heç kimdə şübhə yaratmır.
Qeyd etdiyimiz kimi, Paşinyandan fərqli olaraq Köçəryanın reytinqi son aylar davamlı olaraq artır. “Gallup” tərəfindən may ayında keçirilən sorğuda iştirakçıların 14,1%-i Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokuna səs verəcəklərini bildiriblər. Müqayisə üçün qeyd edək ki, “Ermənistan” bloku təsis olunmazdan əvvəl - mart ayında sorğu iştirakçılarının 5,9%-i, aprel ayında isə 8,1%-i Robert Köçəryana səs verəcəyini açıqlayıb.
Son aylar Zəngəzur ətrafında baş verənlər onu gösrərir ki, bu problem daha çox Robert Köçəryanla eyni blokda yer alan Vahe Hakopyanın işinə yarayır.
Bu səbəbdən də seçki gününə kimi Zəngəzur sərhədində gərginlik səngiməsə bu bölgədə “Ermənistan” blokunun böyük fərqlə üstünlük qazanacağı qaçılmaz olacaq. Nəticədə bu blokun əldə edəcəyi ümumi səslər 20%-ə kimi yüksələ bilər.
Onu da qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri, 44 günlük müharibədə Şuşanın müdafiəsinə rəhbərlik etmiş Seyran Ohanyan da namizədliyini "Ermənistan" blokundan irəli sürüb.
Seçkiöncəsi keçirilən rəy sorğuları hələ də Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" partiyasının ölkədə əsas siyasi qüvvələrdən biri olduğunu göstərir. Həm 2017-ci il, həm də 2018-ci ildə (növbədənkənar) keçirilən parlament seçkilərini "Çiçəklənən Ermənistan" ikinci sırada başa vurub. Tsarukyan hazırda Ermənistanın ən zəngin insanı hesab olunur. Rusiyanın işgüzar və siyasi dairələrilə yaxşı əlaqələri var. Müxalifətdə olsa da, hər zaman iqtidar təmsilçilərilə münasibət qurmağı bacarıb. Bu seçkilərdə də bir neçə deputat yeri əldə edəcəyi gözlənilsə də, ikinci olması inandırıcı görünmür. Xüsusən də, bu yaxınlarda İrəvanda oğluna dəbdəbəli toy mərasimi keçirməsi Tsarukyanın nüfuzuna ciddi şəkildə mənfi təsir edib.
Parlament seçkilərində mübarizə aparacaq əsas siyasi qüvvələrdən biri də sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar” Partiyası ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyasının bir arda birləşdiyi “Mənim şərəfim var” blokudur. Uzun illər Ermənistanda iqtidar partiyası olan “Respublikaçılar” Partiyası 2018-ci ildə keçirilən sonuncu seçkilərdə cəmi 4,7% səs toplayıb. Vaxtı ilə bu partiyanın dəstəyilə hakimiyyətə gələn Robert Köçəryan bu seçkilərdə başqa partiyalarla əməkdaşlığa üstünlük verdi. Bundan başqa Serj Sarkisyanın siyasi proseslərə aktiv qoşulmaması (namizəd olmayıb) “Respublikaçılar” Partiyasının ciddi uğur qazanacağına şübhə yaradır.
Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası yeni yaranıb. Nikol Paşinyandan başqa adlarını sadaladığımız digər siyasətçilər kimi Artur Vanetsyan da Rusiyaya yaxın şəxsdir. Xatırlayırsınızsa, Vanetsyan tutduğu vəzifədən azad olunduqdan sonra Çeçenistan prezidenti Ramazan Kadırov sosial şəbəkə hesabında paylaşım edərək Artur Vanetsyanı rus xalqının böyük dostu adlandırdı.
Seçkiyə qoşulanlardan biri də sabiq prezident Levon Ter Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi”dir. Petrosyan böyük siyasi təcrübəyə sahib olsa da, Ermənistan cəmiyyətində 76 yaşlı siyasətçiyə etimad bir o qədər də yüksək deyil. Vaxtı ilə Petrosyanın ətrafında olan şəxslər hazırda Nikol Paşinyanın partiyasında təmsil olunurlar. Siyasi komandadan məhrum olan Petrosyanın təkbaşına uğur qazanacağı inandırıcı görünmür.
Vaxtı ilə (2016-2018-ci illər) Nikol Paşinyanın “Mənim Addımım” partiyası ilə birləşərək "Çıxış" bloku təsis edən "İşıqlı Ermənistan" partiyası hazırda parlamentdə təmsil olunan 3-cü siyasi partiya hesab olunur. Nikol Paşinyanın keçmiş müttəfiqi olan Edmon Marukyan Rusiyada ali təhsil alsa da, Rusiyaya yaxın siyasətçi deyil. Daha çox hüquq müdafiəçisi kimi tanınan Marukyanın partiyası bu seçkilərdə ən yaxşı halda seçicilərin 1-2%-nin səsini ala bilər.
Ermənistanda Nikol Paşinyana ən yaxın siyasətçilərdən hesab olunan Aram Sarkisyanın başçılıq etdiyi “Respublika” partiyası da seçkilərə müstəqil şəkildə qatılır. "İşıqlı Ermənistan" partiyası kimi “Respublika” partiyası da 2016-2018-ci illərdə "Çıxış" blokunda təmsil olunub. Aram Sarkisyan 1999-cu ilin 27 oktyabrnda Ermənistan parlamentində baş verən terror aktı zamanı öldürülən baş nazir Vazgen Sarkisyanın qardaşıdır. Elə qardaşının ölümündən sonra qısa bir müddət (1 noyabr 1999 - 30 aprel 2000) Ermənistanın Baş naziri də olub. Aram Sarkisyan siyasi elita və hərbçilər arasında nüfuz sahib olsa da, geniş sosial bazaya sahib deyil. Qardaşı Vazgen Sarkisyan Ermənistan ordusunun qurucularından hesab olunur. Ermənistanın azsaylı Milli qəhrəmanlarından biri də Vazgen Sarkisyandır. Aram Sarkisyan Vazgen Sarkisyanın qardaşı kimi nüfuza sahib olsa da, əvvəlki seçkilərdə də xalqın dəstəyini ala bilməyib. Hətta 2003-cü ildə Ermənistan prezidentliyinə namizədliyini irəli sürsə də, yekunda 1%-dən də az səs toplayıb. Aram qardaşının ölümündə Köçəryan-Sarkisyan cütlüyünü günahkar bilir və onlara qarşı müxalif mövqedə dayanır. Belə görünür ki, əvvəlki seçkilərdə olduğu kimi, 20 iyun seçkisində də Aram Sarkisyan başçılıq etdiyi “Respublika” partiyası ciddi uğur qazana bilməyəcək.
Seçkilərdə iştirak edən digər siyasi partiya və blokların ümumilikdə 4-5% səs toplama ehtimalı var. “Şirinyan-Babajanyan” bloku, “5165 Hərəkatı”, “Erməni Vətəni”, “Sasna Tsrer”, “Milli-Demokratik Qütb”, “Vətəndaşın qərarı”, “Ədalətli Ermənistan”, “İttifaq”, Ermənistan Kommunist partiyası kimi siyasi qüvvələrin hər birinin ən yaxşı halda 0,5% səs toplayacağı gözlənilir.
Son bir neçə ayda müşahidə etdiklərimiz göstərir ki, 20 iyun seçkilərinin taleyi qarşıdakı günlərdə Azərbaycan və Ermənistan arasında yaşanacaq hadisələrdən birbaşa asılı olacaq.
Ermənistan cəmiyyəti 2018-ci il seçkilərində açıq şəkildə göstərdi ki, onlar Rusiyanın siyasi səhnədəki “adamları”na güvənmirlər. Lakin, eyni zamanda Azərbaycan qarşısında məğlub duruma düşən Nikol Paşinyan və onun çevrəsinə də dəstək vermək istəmirlər. Müşahidələr və rəy sorğuları seçicilərin ən azı 1/3-nin seçkilərdə iştirak etməyəcəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, seçkilərin keçirilməsi Ermənistanda hazırkı siyasi böhranı həll etmək əvəzinə daha da dərinləşdirə bilər. Siyasi qüvvələrin hər hansı biri parlament çoxluğuna sahib ola bilməsə yeni hökumətin qurulması da mümkünsüz olacaq. Ən yaxşı halda yaxın bir ayda Ermənistanda koalisiya hökuməti qurula bilər.