BMT “Əl Cəzirə”nin jurnalistinin ölümündə İsraili təqsirli bildi


“Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Aklenin may ayında öldürülməsi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Şamdasani məlumat verib.
O bildirib ki, “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Akle bu ilin mayında İsrail hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
Şamdasani əlavə edib ki, OHCHR-də müvafiq sübutlar var.
Xatırladaq ki, daha əvvəl Əbu Aklenin öldürülməsi ilə bağlı xəbər vermişdik.

DİGƏR XƏBƏRLƏR

Top