"Əl-Cəzirə" jurnalistinin İsrail əsgərləri tərəfindən öldürülmə anı - Video


Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Akleh çərşənbə günü İordan çayının qərb sahilində, Cenin qaçqın düşərgəsində iş başında olan zaman öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, Yaxın Şərq İnstitutunun Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Gönül Tol jurnalistin qətlə yetirilməsi anının görüntülərini yayımlayıb və Şirinin İsrail hərbçiləri tərəfindən öldürüldüyünü bildirib:
“Əl-Cəzirə” müxbiri Şirin Əbu Aklehin, üzərində “PRESS” yazısı olan jilet geyinməsinə baxmayaraq İsrail əsgərləri tərəfindən öldürüldüyü anın görüntüləri. Şəxsən tanıma fürsətim olan, cəsur bir journalist, vicdanlı ve dürüst bir insane idi. Çox təəssüf…”
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı da jurnalistin ölümündə İsrail təhlükəsizlik qüvvələrini günahlandırıb və beynəlxalq ictimaiyyəti İsraili qınamağa və məsuliyyətə cəlb etməyə çağırıb.
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri “terror fəaliyyətlərində şübhəli bilinənləri tutmaq üçün” bölgədə əməliyyat keçirib və həmin vaxt həm fələstinlilər, həm də İsrail qüvvələri atəş açıb.
Əbu Akleh öldürüldüyü zaman onun yanında olan “Əl-Cəzirə” jurnalisti Əl-Samudi bildirib ki, həmin vaxt ərazidə heç bir fələstinli silahlı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top