Ay işıqlı sərin havalı bir axşamçağı idi. Kəsə yol olaraq qəbiristanlığın içindən keçirdim. Məsafəni xeyli qısaldan bu yoldan bir ara istifadə etməməyə çalışır, tərəddüd edir, açığı çəkinirdim. “Görəsən bəri tərəfdəki çıxışda qəbiristanlığın qapısı açıq olacaqmı?” ya da “Şəhərə nisbətən ağaclarla bol olan qəbiristanlıqda görəsən itlər məskən salmış olmazmı?” - kimi suallar ağılıma gəlirdi.
Ya da adı üstündə qəbiristanlıqdı da axşam vaxtı oradan keçmək adama bir az qorxulu və ya vahiməli gəlirdi. Nə isə bütün bu tərəddüdləri kənara qoyub qərara gəldim ki, yolum düşəndə gündüzləri istifadə etdiyim bu yoldan axşamları da keçim. Beləcə növbəti dəfə yenə oradan keçəndə yolumu qəbiristanlıqdan sarı saldım.
Əslində qəbiristanlıqlar öz-özlüyündə elə də qorxulacaq məkanlar deyil. Belə götürsək, dirilərin içərisində, dirilərin məkanında olanda insana hansısa ziyan və ya zərərin gəlmə ehtimalı daha çoxdur, nəinki ölülərin məkanında…
Misal üçün ölülərin məkanında sən qeybət eşitməzsən, ölülərin məkanında sən yalan danışanı görməzsən, ölülərin məkanında düşmənçilik, qəzəb, kin olmaz. Hamı sakitdir, hamı səssizdir, ancaq hamı haqqa şahiddir. Bir hədisin ifadəsilə: “O daracıq məkanlar kiminə cənnət bağçalarından bir bağça, kiminə cəhənnəm çuxurlarından bir çuxur olmuşdur”.
Bilmirəm, bəlkə də bu qorxunun üzərinə getmək idi… Ya da adını siz qoyun, nə ola bilərdi? Həmişə qorxduğum, oradan keçməyə çəkindiyim, bəlkə də cəsarət edə bilmədiyim bu kəsə yoldan keçərkən qərara gəldim ki, bir də səssiz kəlmələrlə onlara bu sualı da verim: “Həqiqətən siz torpaqmı oldunuz?” ya da “Orada, sizin getdiyiniz aləmdə nə var? Sizlər orada nəyə şahidsiniz?”
Əslində oradakılardan cavab gözləmirdim. Sualı səsli formada versəydim də cavab gəlməyəcəkdi. Bunu bildiyim üçün sualı elə səssiz kəlmələrlə, içimdən verdim: “Həqiqətən siz torpaqmı oldunuz? Yox olub getdinizmi? Etdiyiniz yaxşılıqlar və pisliklər elə bu dünyadamı qaldı? Dünyada yaxşı və ya pis insan olmağınızın oradakı qarşılığı nədir? Ümumiyyətlə oradakı dəyər ölçülərinə bu dünyada riayət etmişdinizmi? İndi nələrdən və nə üçün peşimansınız? Yenidən geriyə, bu dünyaya gələ bilsəz, nələri edər, nələri bir daha etməzdiniz?”
Dediyim kimi, axşamçağı qəbiristanlıqda sadəcə əsən küləkdə oyan-buyana yellənən ağac budaqlarının, bir də gəzərkən basdığım yerdəki çınqıl daşlarının çıxardığı səslər vardı. Yuxarıdakı suallara isə cavab gəlmədi. Ay işıqlı gecədə qərara gəldim ki, cavabı onlar adına elə özüm verim, bu da bir az onlarla həmsöhbət yerinə keçsin: “Xeyr, xeyr. Əsla! Cəsədiniz torpaq ola bilər. Ancaq ruhunuz əsla. Sizi vaxtilə yoxdan var edən Allah (c.c.) o çürümüş bədənləri yenidən dirildəcək. Gərçi bunu sizə anlatmalı deyiləm. Çünki siz bunları artıq bizdən daha yaxşı bilirsiz. Anladılmalı olanlar siz ölülər deyil, biz dirilər, hələ qəbir evinə girməyənlərdir. Siz hər şeyi bilirsiniz. Ancaq geriyə dönüşünüz yoxdur. Orada şahid olduqlarınızı dönüb bizə anlada bilmirsiniz. Əgər bu mümkün olsaydı, gör nələr anladardınız...
Biz isə sizin bildiklərinizi, gördüklərinizi, içində olduğunuz həqiqətləri sizin dərəcədə nə görə, nədə bilə bilərik. Fərqimiz ondadır ki, sizin artıq fürsətiniz, ömür dəftərinizin səhifələri çoxdan bitib tükənib. Bizim isə əldə fürsətimiz, geridə hələ müddəti bizə də bəlli olmayan ömür dəftərimizin az ya da çox səhifələri qalıb. Fərq bundan ibarətdir. Bu fərq ortadan qalxanda indi torpağın üstündə olanlar da eynilə sizin kimi, yaxşı və pis əməlləri xaric hər şeylərini, bəli, bəli elə sizin kimi hər şeylərini arxada buraxaraq gec-tez o aləmə gələcəklər.
Allah Rəsulunun (s.ə.s) ümmətinə öyrətdiyi duada da elə bu məqamlardan bəhs edilir, həm sizə, həm də elə bizə xoş aqibət təmənni edilir: “Salam olsun mömin və müsəlman diyarının xalqına! İnşallah biz də sizin yanınıza gələcəyik. Allahdan sizin və bizim üçün afiyət (qurtuluş və yaxşı aqibət) diləyirəm” (Tirmizi. Cenaiz, 59)”.
Beləcə kəsə yoldan axşamçağı mənzil başına doğru addımlayırdım. Haşiyəyə çıxıb bir məqamı da vurğulamaq istəyirəm... Həmişə ağılımdan keçib ki o aləmdən bir nəfər belə geri dönüb gəlsə, orada baş verənləri buradakılara, bizlərə danışsa, necə olardı? Ya da qəbir aləmindən agah olan haqq ərlərindən əgər nəsibdirsə, o aləmdə baş verənləri soruşsaq, soruşa bilsək…
Ancaq qorxuram ki, cavab belə ola: “Sən özün hansı hazırlığı görmüsən? Oxuduğun Quran, yolunda getdiyin Peyğəmbərin (s.ə.s) buyruqları sənə bəs eləmirmi?! Hələ bir də o aləmdən gələcək birilərindən sual soruşmaq istəyirsən”. Belə bir cavabın gəlmə ehtimalına görə də bundan, belə bir istəkdən vaz keçirəm. Məgər uca dinimiz İslamın əsas etiqadi dayaqlarından biri də axirət inancı, məad (yenidən diriliş), axirətə iman deyilmi?!
Budur bu düşüncələrlə qəbiristanlığın bəri qapısına gəlib çatdım. Adı üstündə “kəsə yol”dan istifadə edirdim. Bəri başda, girişdə oxuduğum duanı burada, çıxışda yenə oxuyur, ala bildiyim nəsihətləri oradakı mərhumlardan, “səssiz nəsihətçilər”dən alaraq buradan ayrılıram:
“Əssələmu aleykum əhləd-diyəri minəl mumininə və müslimin. Və innə inşəallahu bikum ləhiqun. Əsəlullahə lənə və ləkum afiyə”.
“Salam olsun mömin və müsəlman diyarının xalqına! İnşallah biz də sizin yanınıza gələcəyik. Allahdan sizin və bizim üçün afiyət (qurtuluş və yaxşı aqibət) diləyirəm” (Tirmizi. Cənaiz, 59)”.