Azərbaycanın hansı rayonunda nə qədər erməni yaşayır? SİYAHI

"Çuda Peçka”nın 27 əməkdaşı istintaqda dindirilib

Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürübmüş...

Bazar ertəsi, 23 oktyabr 2017
TR EN RU

Menu

Bazar ertəsi, 23 oktyabr 2017
EN TR RU

QARA QUTU

ABŞ-ın cəsarətli prezidentləri: Con Kuinsi Adams

06.01.2017 18:08

ABŞ-a rəhbərlik edən prezidentlərin bir çoxu mühafizə xidmətindən istifadə etməyib. Onlar da Vaşinqton kimi təvazökar və cəsarətli olublar. ABŞ-ın sayca 6-cı prezidenti Con Kuinsi Adamsın (1825-1829) başına da qəribə hadisələr gəlib. O, düşmənlərindən dəfələrlə hədələyici məktublar alıb. Hətta istefada olan bir serjant Ağ Evə gələrək prezident Adamsı döymək istəyib. Yalnız son məqamda prezidenti onun əlindən ala biliblər. Bütün bunlara baxmayaraq, Adams mühafizə xidməti olmadan şəhərdə gəzməyi sevirdi. Hətta prezident yay aylarında Potomak çayında sadə adamlarla çimməkdən belə çəkinmirdi. Məhz buna görə onu ətrafındakılar danlayırdılar. Adams isə onu bu işə görə məzəmmət edənlərə deyirdi ki, prezident sadə adamların içində olmasa, onda ölkəni idarə etməyə layiq deyil. Adamsdan sonra ABŞ-ın “sükanı” arxasına keçən Endryu Cekson da (1829-1837) təkbaşına gəzməyi sevirdi. O, uzun müddət orduda xidmət etmiş və general rütbəsinə qədər yüksəlmişdi. Cekson ingilislərlə və yerli hindularla döyüşlərdə xüsusi qəhrəmanlıq da göstərmişdi. O daim Konqreslə, ştatların başçıları və hətta ali məhkəmə ilə münaqiəşdə idi. Ceksonun qəribə bir adəti var idi: özünə göndərilən bütün hədə və söyüş dolu məktubları “Vaşinqton Post” qəzetində çap etdirərdi. Bəzən də elə qəzetdəcə onların çox kəskin cavabını verirdi. Bir dəfə ehtiyatda olan leytenant Rober Randolf birbaşa Ağ Evə gəlir. Qeyd edək ki, o, hərbi dəniz qüvvələrində xidmət etdiyi zaman hərbi xərclərə ayrılmış pulları təyinatı üzrə xərcləmədiyinə görə ordudan qovulmuşdu. O, belə güman edirdi ki, başına gələnlərin hamısında günahkar prezidentdir. Prezidentin otağına daxil olan Randolf onu özü ilə gətirdiyi zeytun atəşinə tutur. Heç kimi köməyə çağırmayan Cekson süpürgəni əlinə alaraq Randolfun dərsini verir və onu Ağ Evdən qovur. Hətta prezident baş verən hadisə ilə əlaqədar məhkəməyə də müraciət etmir.

Prezidentə ilk sui-qəsd

Bu hadisədən ilyarım sonra Cerksona qarşı sui-qəsdə baş vuruldu. 1835-ci il yanvar ayının 10-da Cekson Kapitoliyada konqresmen Devisin dəfn mərasimində iştirak edirdi. Bu zaman ingilis rəngsaz Riçard Lourens (o uzun müddət idi ki, özünə iş tapa bilmirdi) onunla üzbəüz dayanmış prezidentə tapançadan atəş açmağa cəhd etdi. Ancaq Ceksonun əcəli çatmayıbmış. Belə ki, tapança açılmadı. Bu məqamda Cekson özünü itirmədi. O həmişə yanında gəzdirdiyi əlağacı ilə Lourensə bir neçə zərbə endirdi. Ceksonun zərbələri altında Lourens ikinci dəfə tapançanı doldurdu və prezidentə atəş açdı. Bu dəfə də Ceksonun bəxti gətirdi: güllə açılmadı. Sonralar mütəxəssislər hesablamışdılar ki, adətən, tapançalarda hansısa səbəb üzündən atəşin açılmaması 125 mində bir dəfə baş verir və bu baxımdan prezidentin bəxti həqiqətən də gətiribmiş. Onu da deyək ki, Ceksonun adı ABŞ prezidentləri tarixinə sui-qəsdə məruz qalan ilk prezident kimi düşdü. Lourensə gəlincə, onu dərhal həbs etdilər. Məhkəmədə Lourens iddia etdi ki, guya o, İngiltərə taxt-tacının varisidir və öz məqsədinə çatmaq üçün Cekson ona xəzinədən pul verməyibmiş. Bundan əlavə, guya Cekson üç il bundan əvvəl onun atasını öldürübmüş. Lourensin baş-ayaq danışdığını görən məhkəmə tibb ekspertizası onun ağıldan kəm olması qənaətinə gəldi. Nəticədə, Lourensi müalicə olunmaq üçün ömürlük dəlixanaya göndərdilər. Yeri gəlmişkən onu da xatırladaq ki, ABŞ-da buna oxşar hadisə 157 il ötəndən sonra da baş verdi. 1981-ci il mart ayının 30-da Vaşinqtondakı məşhur “Hilton” otelində 25 yaşlı Con Hinkli Ronald Reyqana atəş açdı. Amma Reyqan yaralanmaqla canını qurtara bildi. Hinklini isə məhkəmə tibb ekspertizası dəli elan etdi və onu dəlixanaya göndərdilər. Mövzudan uzaq düşmədən onu da deyək ki, sui-qəsddən sonra belə Cekson özü ilə mühafizəçi götürmədi və cangüdənsiz gəzməkdə davam etdi.

Əziz Mustafa

Oxundu 527

© 2017 - NSPSOLUTIONS