“Apple” kənar şəxslərin danışıqları dinləmə problemini aradan qaldırdı

 
ABŞ-ın “Apple” şirkəti “FaceTime”ın audio və video-zəngləri üçün tətbiqdə mövcud olan proqram səhvini aradan qaldırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, həmin səhv sayəsində kənar şəxslər başqasının danışığına qulaq asa bilirdilər.
 
Müvafiq yeniləmə gələn həftədən etibarən istifadəçilər üçün əlçatan olacaq. Şirkət, həmçinin sözügedən səhv barədə məlumat verdiklərinə görə “Apple” smartfon istifadəçilərinə təşəkkür edib, eləcə də həmin nasazlıqla üzləşən hər kəsdən üzr istəyib.
 
Şirkətin nümayəndələri qeyd ediblər ki, “Apple” səhv barədə öyrənən kimi dərhal “FaceTime”da qrup zəngləri funksiyasını bağlamaq qərarına gəlib və problemin həllini axtarmaqla məşğul olub.

DİGƏR XƏBƏRLƏR

Top