İnsanların çoxu ya əhvalı yaxşı olanda, ya da pis olanda musiqiyə qulaq asırlar. Elə musiqilər var ki, onları dinləyəndə sözün həqiqi mənasında insanın əhvali-ruhiyyəsi yüksəlir, özlərini çox yaxşı hiss edirlər, elə musiqilər də var ki, insan onları dinləyəndə özünü çox rahat, gümrah hiss edir, məsələn, caz kimi.
Bir az qəmgin olanda və ya kədərlənib yüngülləşmək istəyəndə muğama, segaha qulaq asanlar var.
Dünya alimləri musiqinin insana faydaları ilə bağlı araşdırma aparırlar və hər dəfə də yeni şeylər kəşf edirlər. Yeniavaz.com saytı ümumilikdə musiqinin faydalarını təqdim edir. Əlamətinə görə hansı musiqidən söhbət getdiyini isə özünüz müəyyən edin.
1. Beyini sakitləşdirir.
2. İnsanın fikrini dağıdır.
3. Adrenalini artırır.
4. Depressiyadan uzaqlaşdırır.
5. Xəyal gücünü artırır.
6. Yaradıcılığa müsbət təsir edir.
7. İnsana özünü pozitivlik hissi verir.
8. Beyinə müsbət təsir edir.
9. Xoşbəxtlik hissi verir.
10. Əsəbləri sakitləşdirir.
11. Təzyiqi nizamlayır.
12. Yuxu problemi olan insanların yuxusunu artırır.
13. Bədəndəki gərginliyi aradan qaldırır.
14. Ürək döyüntülərini normallaşdırır.
15. Sinir sistemini gücləndirir.
16. Hormon səviyyəsini nizamlayır.
17. İdman zamanı yaxşı performans göstərməyə kömək edir.
18. Qavrama bacarığını yüksəldir.
19. Zehni möhkəmlədir.
20. Beyindəki mənfi enerjini dağıdır.
21. Yaddaş pozğunluğunu aradan qaldırır.
22. Musiqi dinlədikdən sonra insanlarda deyib-gülmə halı artır.
23. Ağrı hissini azaldır.
24. Bəzi xəsətəxanalar insanları müalicə edərkən musiqidən istifadə edirlər.
25. Ürəyə xeyirlidir.
26. Məhsuldarlığı artırır.