Mirşahin: "Daha kəskin olacağam, hamısını biçəcəyəm..." – VİDEO


"Artıq qərəzsiz deyiləm".


Yeniavaz.com xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində deyib.

Tanınmış jurnalist vurğulayıb ki, artıq müəyyən mövqedən çıxış edir:

“İndi biz mövqeliyik. Mövqeli olub qərəzsiz olmaq mümkün deyil. Qərəz sözü bütün hallarda qaba ifadədir. Mən bu sözdən qaçıram. Biz indi tərəfliyik”.


M. Ağayev indi dövlətin tərəfində olduğunu qeyd edib:

“Bu ifadə bəlkə də çoxlarında qıcıq doğuracaq. Amma mən bunu belə başa düşürəm və bu tək mənim düşüncəm deyil. Azərbaycanda belə düşünənələrin sayı yəqin ki, lap çoxdur.

Mən Azərbaycan dövləti və Azərbaycan prezidenti deyəndə onları bir-birindən ayırmıram. Mənim üçün dövlət prezident, prezident də dövlətdir. Yəni dövlət İlham Əliyevdir...”.

M. Ağayev çıxışı zamanı daha kəskin çıxışlar edəcəyini bildirib. 
 

DİGƏR XƏBƏRLƏR

Top