XIX əsrin ortalarında Qafqaz müharibəsinin qəhrəmanlarından biri Hacı Muradın nəşinin Azərbaycanın Qax rayonundan Dağıstana yenidən dəfn edilmək üçün aparılması xəbəri təkzib olunub.
Hacı Muradın doğma kəndi olan Xunzaxın başçısının müavini Şamil Əliyev və administrasiyanın mətbuat katibi Kamil Hüseynov bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. (Virtualaz.org)
***02:26
"Rusiyanın bir neçə saytında oxudum ki, əfsanəvi Şeyx Şamilin sağ əli olmuş Hacı Muradın nəşi iyunun 2-də doğma kəndində basdırılacaq".
Yeniavaz.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu şəxsi "facebook" profilində yazıb. Politoloq Hacı Muradın Qax rayonu ərazisində yerləşən məzarını da ziyarət edib. E. Şahinoğlu fikirlərinə belə davam edib:
"Məsələ burasındadır ki, Hacı Muradın qəbri Azərbaycanın Qax rayonu ərazisindədir. Yolum Qaxa düşəndə Rusiya impreriyasına qan udduran qəhrəmanın qəbrini ziyarət edirəm. Ona görə də, Rusiya saytlarının xəbəri mənim üçün maraqlı gəldi. Biz nəşin Dağıstana daşınmasına nə vaxt icazə verdik?
Əlbəttə əgər Hacı Muradın nəslindən olan qohumları tarixi şəxsiyyəti doğma kəndlərində basdırmaq istəyirlərsə buna normal baxıram. Sadəcə, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sank-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı muzeyin arxivində saxlanılır. Baş kəsmək qəddarlığın bir nümunəsidirsə, həmin başı uzun illər muzeyin tozlanmış arxivində saxlamaq bir başqa qəddarlıqdır. Ona görə də Hacı Murad İslam ənənəsinə uyğun olaraq başı ilə birgə basdırılmalıdır".