"Huawei" telefonlarında "Android" əvəzinə bu olacaq


Çinin "Huawei" şirkətinin öz əməliyyat sistemi üçün patent alıb. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, şirkət bir müddətdir öz əməliyyat sistemini hazırlayırdı.

"Huawei"yin patent üçün müraciətində "Huawei Ark OS", "Ark", "Ark OS" və "Huawei Ark" marka adlarının yer aldığı görünür. 

Şirkətin qurucusu Jen Çjenfey  bildirib ki,  bu əməliyyat sistemi istehsal ediləcək yeni smartfon və noutbuklarda quraşdırılacaq " Əməliyyat  sistemi 2020-ci ilin birinci və ya ikinci rübündə hazır olacaq". 

Xatırladaq ki, "Google" korporasiyası  Çin  şirkəti ilə əməkdaşlığını dayandırdıqdan sonra "Huawei"in  "Android" sistemi ilə işləyən mövcud cihazlarında əməliyyat sistemi yenilənməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top