Hər əsərində dekorativliyə meyl edən rəssam

O, Azərbayçan Rəssamlar İttifaqında dekorativ-tətbiqi sənət bölməsinin sədri kimi calışırdı. Həm də "Göyrəçin" jurnalının ərsəyə gəlməsində əlindən gələni əsirgəmirdi. Hərdən sərgilərdə onunla görüşər, bu və ya digər sənət adamı ilə bağlı fikirlərini öyrənərdim. O da suallımı həvəslə cavablandırardı... Artıq 6 ilə yaxındır ki, o, aramızda yoxdur. 62 yaşında (2011) uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi Əməkdar rəssam Ənvər Qarayev...

70 il bundan əvvəl fevralın 18-də Şəkidə dünyaya göz açmış Ənvər Qarayevin yaradıcılığı rəngarəng və coxşaxəli olub. O, inçəsənətin, demək olar ki, hər sahəsində (keramika, qrafika, monumental keramik panno, bədii metal, ağaç üzərində oyma, qobelen və s.) özünü sınayıb və uğurlu nəticələrə imza atıb. Onu da deyək ki, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində yaradıcılıq uğurları qazanan rəssam Azərbaycan xalq sənətkarlığının nəfis, unikal növü olan və dünyada "batika" (Batika nazik ipək və pambıq parça üzərində xüsusi vasitələrlə müxtəlif rəsm əsərlərinin əks olunduğu sənət növüdür) adı ilə tanınan sənətin incəliklərinə yiyələnmiş nadir sənətkarlardan idi. Bu barədə söz düşəndə isə belə deyərdi: "Bu sənətə Litvadan olan bir batika ustası ilə tanışlıqdan sonra maraq göstərmişəm. Lakin qədim kəlağayı sənəti isə əsl xalqımıza məxsus adət-ənənədir. Mən bu gün bu sənəti milli ənənələrə sadiq qalaraq inkişaf etdirməyə, həm kəlağayı sənətində, həm də müasir batikada Azərbaycanın tarixini, mədəniyyətini, folklorunu hər işimdə dünyaya çatdırmağa çalışıram". Folklarımıza sıx bağlı olan Ənvər müəllimin əsərlərinin ana xəttini yalnız bir şey təşkil edib: vətənpərvərlik. Onun Novruz bayramı ilə əlaqədar kətan üzərində yağlı boya ilə işlədiyi "Xoruz ili", ipək üzərində batika texnikasından faydalanmaqla yaratdığı "Kos-kosa" əsərlərində bu bayramın xoş ovqatını duymamaq mümkün deyil. Müəllifin "Baharın nəfəsi" adlanan əsəri də Novruzun yaxınlaşmasını cox dolğun əks olunub. Rəssamın ipək üzərində batika texnikasında ərsəyə gətirdiyi "Türkün sözü" əsərində bir əlində qılınç, digər əlində isə Şərq calğı aləti olan saz tutmuş insan surətini yaradıb. Özü də onun kompozisiyaları ornamental dekorla örtülən çoxsaylı detallarla zəngindir. Ə. Qarayevin sənət əsərlərində həmişə dekorativliyə doğru meyl nəzərə carpır.

Rəssamın əsərləri dünyanın tanınmış muzeylərində, qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və s. əsərləri sərgilənib.

DİGƏR XƏBƏRLƏR

Top