İndoneziyada “İli Levotolok” vulkanı püskürüb


İndoneziyanın Şərqi Nusa Tenqqara əyalətində yerləşən “İli Levotolok” vulkanında partlayış meydana gəlib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) məlumat verib. Bildirilir ki, püskürmə vaxtı kül və tüstü vulkan kraterindən 500 metr yüksəkliyə qalxıb. Hadisə yerli vaxtla səhər 05:57 radələrində baş verib. Partlayışın təxminən 2 dəqiqə davam etdiyi bildirilib.
Qeyd olunur ki, səlahiyyətlilər, ictimaiyyətin ikinci həyəcan (vaspada) səviyyəsində olan vulkanın 2 kilometrliyinə yaxın gəlməməsi üçün xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top