Fransa istehsalı olan kəşfiyyat təyyarəsi Ermənistana gəldi - FOTOFAKT


Bu gün (2.10.2020) yerli vaxtla saat 13:04 radələrində Bolqarıstanın Plovdiv şəhərindən havaya qalxan “Socata TBM 930” markalı təyyarə Ermənistanın paytaxtı İrəvanda yerləşən “Zvartnos” hava limanına enib.
Yeniavaz.com xəbər verir ki, “Socata TBM 930” markalı təyyarə Fransa istehsalıdır və əsasən bu ölkənin silahlı qüvvələri tərəfindən kəşfiyyat məqəsdilə istifadə olunur.
Qeyd edək ki, Fransanın “Daher-Socata” şirkəti tərəfindən 2018-ci ilin iyun ayında Parisdə təşkil edilən “Eurosatory 2018” adlı müdafiə və təhlükəsizlik sərgisində “Socata TBM 930” adlı yeni bir kəşfiyyat və müşahidə təyyarəsi nümayiş etdirilib. Bildirilib ki, “TBM 930” “Socata”ların əvvəlki modellərinin hərbiləşdirilmiş versiyası olacaq. Yeni variant havadan müşahidə, axtarış-xilasetmə və hava fotoqrafiyası əməliyyatlarını həyata keçirmək üçün nəzərdə tutulub. Müdafiə, tibbi evakuasiya, hava təcili yardımı, təhlükəsizlik və nəqliyyat missiyalarında iştirak etmək üçün də konfiqurasiya edilə bilər.
Məlumat üçün onu da bildirək ki, “Socata TBM 930” markalı təyyarənin havaya qalxdığı Plovdiv şəhəri Bolqarıstanda ermənilərin ən sıx məskunlaşdığı şəhərdir.

 

DİGƏR XƏBƏRLƏR

Top