“Ağır karantin rejiminin COVID-19-la mübarizədə heç bir faydasının olmadığı görüldü”


“Artıq konkret qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejiminin COVID-19-la mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin çox olduğu görüldü”.
Yeniavaz.com xəbər verir ki, bunu “APAralel” verilişində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
O bildirib ki, əslində ağır karantin rejiminin zərərinin çox olduğunu hamı bilirdi: “Tibbi nöqteyi-nəzərdən faydasına görə bu olunurdu. Görüldü ki, faydası da yoxdur. Yəni, ən ağır forma olsa belə bundan sonra parklarımız bağlanmayacaq. Bu hadisələr əslində yeni bir təcrübə oldu. Bu təcrübələrlə birlikdə məhdudiyyətlərin bizim üzərimizdə yaratmış olduğu məcburiyyət içində qalan fiziki passivlik əlbəttə ki, nəticəsini verir”.

DİGƏR XƏBƏRLƏR

Top