Dillər Universitetinin keçirdiyi tenderin qalibləri eyni ünvanda yerləşir


Azərbaycan Dillər Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu)qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Dillər Universiteti “Farm 19” MMC, “Nezrin-08” MMC və “Esma 17” MMC ilə ümumilikdə 135 min 554 manat dəyərində müqavilə imzalayıb.
Tender müsabiqəsində maraqlı məqamlardan biri odur ki, qalib şirkətlərin hər üçünün hüquqi ünvanı Biləcəri qəsəbəsində yerləşir.
Onu da qeyd edək ki, Azərbaycan Dillər Universiteti Biləcəri qəsəbəsində yerləşən daha 2 şirkəti tenderin qalibi elan edib. Ötən ilin mart ayında dövlət qeydiyyatına alınan “Xumralı” MMC 6 ay sonra – sentyabr ayında Dillər Universitetinin keçirdiyi 24 min 971 manat 40 qəpiklik tenderinin qalibi olub.  “Xumralı” MMC-dən bir gün əvvəl eyni ünvanda, eyni şəxs tərəfində, eyni nizamnamı kapitalı ilə qeydə alınan “Mıncıvan” MMC isə 9 ay sonra – dekabr ayında 49 min 350 manatlıq tenderin qalibi olub.
Adı Hüquqi
ünvanı
Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Farm-19” MMC Biləscəri qəs., Rəşad İsmayılov, ev 22, m. 3 10 azn Hüseynov Yafət Fərəc 10.09.2019
“Esma-17” MMC Biləscəri qəs., Qabil Süleymanov, ev 46, m. 21 10 azn Seyidova Ruhiyyə Aydın 03.04.2019
“Xumralı” MMC Biləscəri qəs., Qabil Süleymanov, ev 46, m. 21 10 azn Hüseynov Nəzər Salam 07.03.2019
“Mıncıvan” MMC Biləscəri qəs., Qabil Süleymanov, ev 46, m. 21 10 azn Hüseynov Nəzər Salam 06.03.2019
“Nezrin 08” MMC Biləscəri qəs., Rəşad İsmayılov, ev 5, m. 23 10 azn Şələbov Namik Həmzə 22.11.2019
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top