Xəbər verdiyimiz kimi, 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilən Nəsirov Elman Xudam oğlunun sədri olduğu “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi ola bilməyib.
Yeniavaz.com xəbər verir ki, son 6 ildə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinə ilk dəfə qrant ayrılmayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi tərəfindən təqdim olunan bütün layihələrə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə ayrılıb.
2015, 2016 və 2018-ci illərdə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin layihəsini Elman Nəsirov, 2017 və 2019-cu illərdə isə millət vəkilinin qardaşı Ruslan Nəsirov təqdim edib.
Elman Nəsirov və qardaşı son 6 ildə təqdim etdikləri layihələr üçün ümumilikdə 46 min manat qrant alıblar.
Son 6 ildə millət vəkili Elman Nəsirov və qardaşı tərəfindən təqfim olunan layihələr və aldıqları vəsaitin siyahısını təqdim edirik:
İllər | Təşkilat sədri | Layihənin adı | Məbləğ |
2015 | Nəsirov Elman Xudam | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi |
10 000 azn |
2016 | Nəsirov Elman Xudam | Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə və təşviqat işinin gücləndirilməsi | 12 000 azn |
2017 | Nəsirov Ruslan Xudam |
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək | 9 000 azn |
2018 | Nəsirov Elman Xudam |
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi təşəbbüslərinə dəstək | 8 000 azn |
2019 | Nəsirov Ruslan Xudam |
Gənclərin internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi | 7 000 azn |
2020 | Nəsirov Elman Xudam |
Diaspor fəaliyyətinin təkmilləşdirilməsində Azərbaycanın könüllü gənclərinin maarifləndirilməsi işi və onun əhəmiyyəti | - |