Muzeydən məscidə çevrilən Ayasofyaya daxil olmaq istəyənlərin müəyyən geyim qaydalarına riayət etməli olduqları açıqlanıb.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, yeni qərara əsasən Ayasofyaya şort, dekolteli geyim və hicabsız girmək qadağan edilib. Məscidə daxil olmaq istəyən şəxslərə qapıda hicab və uyğun geyimlər paylanılır.