"İndi Aya Sofya üçün məyus oluqlarını bildirirlər, türklər olmasaydı Aya Sofya dağılıb gedərdi".
Yeniavaz.com xəbər verir ki, bu sözləri paytaxt Afinada, Analipseos kilsəsində təşkil olunan mərasimdə Papanikolaou deyib.
O, Aya Sofyanın muzey statusundan çıxarılaraq, məscid kimi istifadə olunmasına şükr edib. Muzey kimi fəaliyyət göstərdiyi vaxtlarda bir gün ərzində Aya Sofyaya xeyli sayda açıq-saçıq geyimli turistin girib-çıxdığından şikayətlənərək, bundan sonra belə olmayacağını diqqətə çatdırıb. Artıq hər bir turistin illərlə türklərin sahib çıxdığı Aya Sofyaya qapalı geyimlərlə girəcəyini söyləyib.
Türklərin vaxtında insanların öz dinlərini daha rahat yaşadığını da nəzərə çatdıran rahib ölkəsində dinə qarşı biganəliyi bu formada ifadə edib: "Türklər harda olublarsa, həmişə yaxşı olublar. Bizim üçün utandırıcıdır, amma həqiqətdir. Kritdə daha yaxşı monastr sistemi var idi. Kritdə türklər bir dənə də olsun monastr bağlamayıb. Amma Yunanıstanda Otanasın əmri ilə xeyli sayda kilsə və monastr bağlanıb. Müqəddəslərin xatirələri gümüş qutulardan çıxarılaraq, hökumət üçün pula çevrilib".