​Dünən küçələrə çıxanları polislər saxladı – İcra başçısı buraxılmaları üçün göstəriş verdi – VİDEO


Tovuz rayonu istiqamətində vəziyyətin gərginləşməsi və Azərbaycan Ordusunun itki verməsindən sonra Bakıda insanlar Qarabağ tələbilə küçələrə çıxıblar.
Yeniavaz.com
xəbər verir ki, hadisə yerinə dərhal polis qrupu yeridilib və onlar yolu bağlayaraq aksiyanı dağıtmağa çalışıblar. Aksiyaçılar artıq 30 ildir səbr etdiklərini, səbrlərinin qalmadıqlarını və yolun açılmasını tələb ediblər.
Qaradağ rayon İcra başçısı Süleyman Mikayılov da hadisə yerinə gəlib. O, həmin şəxslərə səbr etməyi bildirib və polis tərəfindən saxlanılan vətəndaşların buraxılması ilə bağlı göstəriş verib:   
“Biz başa düşürük ki, hamınızın qəlbi qırıqdır, qaçqın düşmüsünüz. Bunu bütün Azərbaycan xalqı bilir. Xahiş edirik, sakitliyə riayət eləyək. Mən də, Azərbaycan da sizinlədir. Biz Ali Baş Komandanın əmrini gözləməliyik”.

DİGƏR XƏBƏRLƏR

Top