
Ağ Evdə 11 prezidentlə bərabər işləmiş Uilson Ruzvelt Cermanın koronavirusdan dünyasını dəyişdiyi nəvəsi Şanta Teylor Qey tərəfindən açıqlanıb.
Yeniavaz.com “DHA” agentliyinə istinadən xəbər verir ki, Cerman 2012-ci ilə kimi Ağ Evdə fəaliyyət göstərib.
Uzun müddət Ağ Evdə işləmiş Cerman, prezident Obamanın vaxtında təqaüdə çıxıb. Keçmiş məmur bir neçə gün əvvəl 91 yaşında koronavirusdan dünyasını dəyişib.
Cerman 1957-ci ildə prezident Dvayt D. Eyzenhauerin vaxtında təmizlik işçisi kimi fəaliyyətə başlayıb. Con F. Kennedinin vaxtında “xidməti işçi” vəzifəsinə gətirilib.
Aygün Zayıdova