"İdman zallarını açmaq vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər" – TƏBİB


“Bütün zalları və meydançaları açmaq insanların yenidən koronavirusa yoluxmasına və vəziyyətin nəzarətdan çıxmasına səbəb ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində futbol üzrə ölkə çempionatı və idman zallarının açılması mövzusunda danışarkən deyib.
“Hal-hazırda o barədə müzakirələr gedir və futbolçuların hamısı koronavirus testindən keçiblər. İlk növbədə onların virusa yoluxub-yoluxmadığı dəqiqləşdirilməlidir. Bundan əlavə olaraq, istər futbol, istər idman zalları, istərsə də idman meydançaları olsun bunlar insanların sağlamlığına xidmət edir. Əslində bunların açılması müzakirə mövzusunda olacaq və yaxın günlərdə bu barədə konkret olaraq fikir söyləniləcək.
Bilirsiniz ki, atılan bütün addımlar mərhələli şəkildə həyata keçirilir. Bütün zalları və meydançaları açmaq insanların yenidən koronavirusa yoluxmasına və vəziyyətin nəzarətdan çıxmasına səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, bir sonrakı brifinqdə bu barədə fikirlər səsləndiriləcək” – deyə, qurum rəsmisi qeyd edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top