"3 nəfərin ölümünə səbəb olan Sirus Qoçqaninin həkim kimi işləməyə icazəsi yoxdur" - FOTOFAKT - ÖZƏL


Mayın 11-də “Baku Medical Plaza”da plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edən 24 yaşlı Turanə Musazadə barəsində ictimai vəkil Samir Zeynalov Yeniavaz.com-a müraciət edərək bildirib ki, baş verən hadisənin səbəbkarı iranlı həkim Sirus Qoçqanidir. O iddia edir ki, Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini təsdiq edib.
S.Zeynalov bununla bağlı redaksiyamıza rəsmi sənəd də təqdim edib.

Vəkilin sözlərinə görə, Sirus Qoçqani bundan başqa 2017-ci ildə Leyla Oruclunun, 2019-cu ildə isə Sona Gürgün Vəliyevanın ölümünə səbəb olub.
Samir Zeynalov iddia edir ki, “Baku Medical Plaza”nın rəhbəliyi bu məsələyə biganə yanaşır. 
İddialarla bağlı klinika və həkim Sirus Qoçqani ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. 
Daha ətraflı videosujetdə:


İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top