ABŞ prezidenti Donald Tram qubernatorlarla görüşündən sonra məktəblərin açılmasını tələb edib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, fikrini gənclərin virusa yoluxması halının azlıq təşkil etməsi ilə əsaslandırıb. Yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı isə deyib ki, onlar özlərini qoruya bilərlər, amma məktəblər tezliklə açılmalıdır.
Tramp həmçinin çıxışı zamanı ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitunun rəhbəri Anthony Faucinin ştatlarda virusa qarşı tədbirlərin erkən yumşaldılmasının daha çox ölümə səbəb olacağı ilə bağlı fikrinə də münasibət bildirib: “O, heç kimin narazı qalmasını istəmir. Bu açıqlamaya təəccübləndim. Məktəblərin açılması üçün belə bir rəy yolverilməzdir".
Qeyd edək ki, Tramp ABŞ Nümayəndələr Palatasına virusla mübarizə çərçivəsində təqdim edilən yeni 3 trilyon dollarlıq iqtisadi təşviq paketinin senat tərəfindən qəbul edilməyəcəyini, özünün də onu dəstəkləməyəciyini bildirib.