Prezidentin yüksək vəzifəyə təyin etdiyi 36 yaşlı Elnur Əliyev kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Yeniavaz.com yeni təyin olunan nazir müavini Elnur Əliyevin dosyesini təqdim edir:

O, bu vəzifəyə qədər Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.

Elnur Əliyev daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib.

Bundan sonra həm də Bakı Şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsində, müdir əvəzi vəzifəsində işləyib.

Elnur Əliyev daha sonra Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, Nazirliyin aparat rəhbəri vəzifəsinin müvəqqəti əvəzedicisi, 2017-ci ilin dekabrından isə Vergilər Nazirliyində müşavir vəzifələrində çalışıb. 

Elnur Əliyev ixtisasca hüquqşünasdır. 36 yaşı vardır.

Xatırladaq ki, mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top