Koronavirusun dərmanını tapdığını deyən həkim: "Ümid edirik ki, bu dərman sürətlə yayılacaq"


“Dərmanı 4 nəfər üzərində sınaqdan keçirdik. Nəticə hamımızı şok etdi”.

Yeniavaz.com koronavirusun müalicəsində istifadə oluna biləcək dərmanı kəşf etdiyini deyən Türkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı REAL-a danışıb.

"Bu əvvəllər istifadə olunan dərmanıdır. Əsasən kistik fibrozun müalicəsində istifadə olunub. Araşdırmamız göstərdi ki, bu dərman koronavirusun müalicəsində təsirlidir. Vaxt itirmədən sınağa başladıq. İlk xəstə üzərində keçirdiyimiz sınağın nəticələri 48 saat ərzində yayımlanacaq. Bunu bütün dünya görəcək. Bazar ertəsi isə digər 3 xəstənin nəticələri açıqlanacaq. Biz bu dərmanın çox təsirli olduğunu görürük. Ümid edirik ki, bu dərman sürətlə yayılacaq", - deyə professor bildirib. Sizə həkimin REAL TV-yə verdiyi açıqlamanı video-görüntüsünü təqdim edirik:

 

 

DİGƏR XƏBƏRLƏR

Top