"Gör indi qağan nağayracaq" - "Galendewagen" sürücüsü Bakının mərkəzində ağır qəza törətdi - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü qəza törədib. Yeniavaz.com "Avtosfer.az"a istinadən xəbər verir ki, "Galendewagen" markalı avtomobil ilə paytaxtın Səməd Vurğun küçəsi ilə hərəkətdə olan sürücü yolda təhlükəli manevrlər edir. Hətta yolu keçməyə çalışan kommunal təsərrüfat işçisi son anda vurulmaqdan xilas olur. Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığının tələbini pozaraq yolayrıcına daxil olan sürücünü sağdan gələn "Mercedes ML" markalı avtomobil vurur. Sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyir. Hadisənin görüntülərini təqdim edirik: 

 

DİGƏR XƏBƏRLƏR

Top