İranın Xorasan əyaləti Türbetcam bölgəsində 3 günlük körpənin koronavirusa yoluxduğu məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən uşağın anasında, koronavirusun heç bir əlaməti müşahidə olunmayıb.
Həmçinin, Xorasan mahalının Günabad şəhərində 35 günlük körpəyə də koronavirus diaqnozu qoyulub.
Qeyd edək ki, bundan əvvəl də, İranda 4 və 14 günlük körpələrə Covid-19 diqanozu qoyulub. Lakin həmin körpələrin, müalicə aldıqdan sonra sağaldıqları bildirilib.
Lalə Cəfərli