Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun ən çox hansı şəxslərdə rast gəlindiyini aşkarlayıb.
Yeniavaz.com "haberturk.com"a istinadla xəbər verir ki, ÜST siqaret çəkən şəxslərin yeni növ koronavirusa daha çox yoluxduğunu açıqlayıb. Siqaretdən istifadə edənlərdə ciddi şəkildə ağciyər xəstəlikləri ortaya çıxa bilir. Bu da öz növbəsində koronavirusun daha rahat şəkildə yayılmasına səbəb olur. Həmçinin siqaret çəkən şəxslərin barmaqları mütəmadi olaraq dodaqlarına toxunur. Bu hal virusun orqanizmən daxil olmasına gətirib çıxarır".
Verilən məlumatlarda orqanizmində digər xəstəliklər olan şəxslərin ölüm faizi də açıqlanıb.
Həmin rəqəmləri təqdim edirik:
- Ürək, qan-damar xəstələri: 10,5 faiz
- Şəkər xəstələri: 7,3 faiz
- Yüksək təzyiq xəstələri: 6 faiz
- Xərçəng xəstələri: 5,6 faiz
Yaşa görə ölüm faizləri:
- 80 yaşdan yuxarı: 14,8 faiz
- 70-79 yaş arası: 8 faiz
- 60-69 yaş arası: 3,6 faiz
- 50-59 yaş arası: 1,3 faiz
- 40-49 yaş arası: 0,4 faiz
- 30-39 yaş arası: 0,2 faiz
- 20-29 yaş arası 0,2 faiz
10-19 yaş arası: 0,2 faiz
0-9 yaş arası ölüm yoxdur
Qadın: 1,7 faiz
Kişi 2,8 faiz
Ruslan Yusibov