Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsi ilə bağlı kadrlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, M.Çavuşoğlu bu barədə Türkiyə mətbuatına açıqlama verib.
Nazir Rusiya mediasını başa düşdüyünü bildirib. Qeyd edib ki, Türkiyədə bu qara təbliğatdan məmnun olan insanlar var: “Bu insanları başa düşmürəm. Protokolun nə olduğunu bilmək lazımdır. Ortada bir görüş yeri var, hər iki lider fərqli tərəflərdən gəlir. Hər görüşdə olduğu kimi, Putin çıxanda Türkiyə nümayəndə heyətini qapıya qədər ötürdü”.
“Kremlinin sözçüsü Dmitri Peskov da Türkiyə səfirinə rəsmi münasibətlərinin fərqli olduğunu bildirib. Bu xəbərin doğru olmadığını deyib. Prezident Ərdoğan bir dəqiqə gözlədisə, Putin də o biri tərəfdə bir dəqiqə gözləyib. Çünki ortada görüş yeri var idi”, - nazir qeyd edib.