Limonun insan orqanizmi üçün bir çox faydaları var. Əgər 250 qr qaynadılmış ilıq suya bir limonun 4-də birini əlavə etsəniz limonu daha da faydalı hala gətirə bilərsiniz.
Yeniavaz.com limonlu suyun insan oranizmi üçün 10 faydasını təqdim edir:
- Viruslardan qoruyur. Qrip və ümumiyyətlə soyuqdəymə xəstəliklərindən qorunmaq üçün əla vasitədir. Gün ərzində içdiyiniz 1 stəkan limonlu su bədənin C vitamini balansının önəmli hissəsini təşkil edir.
- Dəri sağlamlığını təmin edir. Su dərinin təmiz qalması üçün toksinləri azaldır. Əgər siz bu suya limon da əlavə etsəniz linonun içindəki C vitamini dərinizi ləkələrdən qoruyar və qırışıqlıqları azaldır.
- Psixi problemlərə müsbət təsiri var. Limonlu suyun tərkibində bol miqdarda kalium olduğu üçün depressiya, naraharlıq və yaddaş zəifliyi kimi psixi problemlərə müsbət edir. Bu səbəbdən çox stressli olduğunuz zamanlarda C vitamini olan qidaları (məsələn, limonlu suyunu) qəbul etməniz məsləhətdir.
- Sizi daha enerjili edir. Gün ərzində enerjili olmaq üçün kofe içirsinizsə bu dəfə limonlu suyu sınayın. Belə ki, limonlu su həm kofeini azaldır, həm də daha enerjili olmağınızı təmin edir.
- Nəfəsdə qoxuları azaldır. Yediyiniz və ya içdiyiniz qidalar nəfəsinizdə qoxu yarada bilər. Bu qidalardan sonra limonlu su içməniz nəfəsinizin qoxusunu təzələyəcək.
- İltihabları aparır. Bədəninizdə iltihablanmalar olursa və onlar sizə ağrı verirsə limonlu su içməniz məsləhətdir. Limonlu su iltihabları yox edərək, qaşınmaları azaldır.
- Arıqlamağa kömək edir. Limonlu su içdikdə maddələr mübadiləsi həm güclənir, həm də sürətlənir. Həmçinin, aclıq hissini azaltdığı üçün də arıqlamağınıza yardım edir.
- Tənəffüs yolu infeksiyalarını azaldır. Limonlu su antibakterial funksiyaya malikdir. O astma xəstəliyindən və öksürəkdən xilas olmağa kömək edir.
- Xərçəng xəstəliyinin qarşısını alır. Tədqiqatlar göstərir ki, limonlu su şişlərin yaranmasının qarşısını alır və xərçəng ehtimalını azaldır.
- Böyrək daşlarının yaranmasının qarşısını alır. Həmçinin, normal ölçüdə olan daşların böyrəkdən rahat şəkildə xaric olmasında əvəzsiz rolu var.
Lalə Cəfərli