Dindar Sərdar Akif oğlu Babayev (Şeyx Sərdar Hacıhəsənli) azadlığa çıxıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, o cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli "maide.az" saytının baş redaktoru olub. O, 2017-ci il fevralın 22-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.
Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.