Azərbaycanın hansı rayonunda nə qədər donuz saxlanılır? - Rayonlar üzrə SİYAHI


Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 5 min 822 baş donuz mövcud olub. 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 6,1% və ya 337 baş artıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı ən çox Şabran və Gədəbəy rayonlarında artıb. Belə ki, 2019-ci il ərzində Şabranda donuzların sayı 1,8 dəfə artaraq 4 başdan 7 başa yüksəlib. Gədəbəy rayonunda  isə donuzların sayı 48,3% dəfə artaraq 207 başdan 307 başa çatıb.  Ən böyük azalma isə Oğuz rayonunda qeydə alınıb. Son bir ildə bu rayonda donuzların sayı 66,7% azalaraq 45 başdan 15 başa düşüb.
Son 3 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
Şəhər və rayonlar 2017-ci il 2018-ci il 2019-cu il
Bakı ş. 152 645 681
Xızı 198 200 220
Abşeron 135 190 179
Gədəbəy 90 207 307
Goranboy - 64 50
Balakən - 10 -
Qax 1 876 1 679 1 779
Oğuz 15 45 15
Qəbələ 1 115 750 761
Xaçmaz 566 456 477
Şabran 7 4 7
Siyəzən - 18 25
Kürdəmir 222 150 170
İsmayıllı 311 304 287
Naxçıvan ş. 169 593 723
Babək - - 21
Culfa - 170 120
CƏMİ 4 856 5 485 5 822

DİGƏR XƏBƏRLƏR

Top