Koronavirusu ilk dəfə müşahidə edən həkim də xəstəliyə yoluxdu


İlk dəfə 7 xəstəni müayinə edərək koronavirusun yayılmağa başladığını dünyaya bildirən həkim xəstəxanaya yerləşdirilib. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, koronavirusu Uhan şəhərindəki xəstəxanalardan birində ilk dəfə aşkarlayan Li Uenlianq adlı həkim də həmin virusa yoluxub. Sosial şəbəkə vasitəsilə şənbə günü virusa yoluxduğunu və hazırda xəstəliklə mübarizə apardığını bildirib. Xatırladaq ki, Li Uenlianq dekabr ayında xəstəliyi müşahidə etdikdən sonra sosial şəbəkə vasitəsilə "koronavirusa bənzəyir" demişdi. Həkimin bəhs edilən paylaşımı qısa vaxtda milyonlarla insan tərəfindən izlənmişdi. Hətta Çin polisi Lini əsassız şaiyə yaymaqda günahlandırmışdı. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top